Əlixan Musayev:
Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik.
Bünyadov-Məmmədəliyev:
Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!
Elmir Quliyev
:
Кто следует прямым путем, тот поступает во благо себе. А кто впадает в заблуждение, тот поступает во вред себе. Ни одна душа не понесет чужого бремени. Мы никогда не наказывали людей, не отправив к ним посланника.
Ələddin Sultanov:
Kim doğru yolu seçərsə, yalnız özünə xeyir verər. Zəlalətə düşən də yalnız özünə zərər verər. Heç bir günahkar başqasının günahını daşımaz. Biz peyğəmbər göndərməmiş (heç kəsə) əzab verən deyilik.
Kerbelayi Malik ağa:
Kim hidayətə ərdisə, öz nəfsi üçün hidayətə ərər, kim də dəlalətdə isə öz əleyhinə dəlalətdə qalar. Heç bir günahkar bir başqasının günah yükünü yüklənməz. Biz bir rəsul göndərmədikcə əzab edici olmadıq.
Ələsgər Musayev:
Kim hidayət tapıbsa,
öz nəfsi üçün hidayət tapıb və kim zəlalətdədirsə, öz əleyhinə
zəlalətdədir və yoxdur vəzirlik vəzirliknən vəzir axıra. Biz
əzab etmədik, ta rəsul qaldırmamış.
A.Mehdiyev və D.Cəfərli:
Kim doğru yola gəlsə ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik.
Kövsər Tağıyev:
Kim doğru yola yönəlmişsə, yalnız özü üçün yönəlmişdir. Kim də doğru yoldan azmışsa, öz əleyhinə azmışdır. Heç bir günahkar başqa bir günahkarın günah yükünü yüklənməz. Biz bir peyğəmbər göndərmədikcə əzab edən deyilik.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim düz yolla gedirsə, öz xeyrinə gedir, kim yoldan azırsa, öz zərərinə azır. Günah yükünü daşıyan başqasının yükünü daşımaz.
Sabirə Dünyamalıyeva:
Kim, göstərilən doğru yolu tapsa, sırf öz yaxşılığı üçün götərilən doğru yoldadır. Kim də yoldan çıxarsa, ancaq öz zərərinə yoldan çıxmış olar. Və heç bir yük daşıyan başqasının yükünü daşımaz. Və Biz, bir peyğəmbər göndərməmiş əzab edən olmadıq.