Bəqərə Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah da onlara istehza edər azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər.
Bünyadov-Məmmədəliyev:
(Belə əməllərin müqabilində) Allah da onlara (dünya axirətdə) istehza edər (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər onları öz zəlalətləri, tüğyanları içində saxlayar).
Elmir Quliyev :
Аллах поиздевается над ними и увеличит их беззаконие, в котором они скитаются вслепую.
Ələddin Sultanov:
(Əslində) Allah onlara istehza edir azğınlıqları içində çaşqın bir vəziyyətdə qalmaları üçün onlara möhlət verir.
Kerbelayi Malik ağa:
Allah da onlarla istehza edər onlara möhlət verər. Onlar öz azğınlıqları (üsyanları) içində vurnuxarlar.
Ələsgər Musayev:
Allah da istehza edəcək onlar ilə gücləndirəcək tüğyanlarında korluqlarını onların.
A.Mehdiyev və D.Cəfərli:
Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir (azğınlıqlarını) gücləndirir.
Kövsər Tağıyev:
Əslində Allah onlara istehza edər (istehza etdikləri üçün onları cəzalandırar); azğınlıqları içində çırpınıb durarkən onlara möhlət verər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah isə onlarla istehza edər öz azğınlıqları içərisində dolaşmalarını daha da artırar.
Sabirə Dünyamalıyeva:
Allah onları ələ salar öz azğınlıqları içində sərgərdan gəzmələrinə möhlət verər/icazə verər.