Əlixan Musayev:
Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.
Bünyadov-Məmmədəliyev:
Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.
Elmir Quliyev
:
Воистину, веруют в Наши знамения только те, которые, когда им напоминают о них, падают ниц, прославляют хвалой своего Господа и не проявляют высокомерия.
Ələddin Sultanov:
Bizim ayələrimizə yalnız bu ayələrlə öyüd verildiyi zaman təkəbbürlənmədən səcdəyə qapanan və Rəbbini həmd ilə təsbeh edənlər iman gətirərlər.
Kerbelayi Malik ağa:
Lakin Bizim ayələrimizə iman edənlər onlardır ki, (ayələrimiz) zikr edildiyi zaman səcdə edərək yerə qapanırlar. Rəblərini həmd ilə təsbeh edərlər və onlar təkəbbürlük göstəməzlər.
Ələsgər Musayev:
Həqiqətən,
inanırlar ayətlərimizlə Bizə o kəslər ki, onda ki, o yad edilir
onlara, xar olurlar səcdəynən və saya salırlar həmd ilə Rəblərini
və onlar təkəbbürlük etmirlər!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Bizim ayələrimizə və nişanələrimizə ayələrlə öyüd-nəsihət verildikdə səcdə halında üzü üstə düşənlər və öz Rəbbinə həmd deməklə (Onu) təsbih edənlər, (Onu) hər bir eyib və nöqsandan pak (və uzaq) bilənlər, əsla təkəbbür və lovğalıq etməyənlər iman gətirər.
Kövsər Tağıyev:
Bizim ayələrimizə ancaq bu ayələrlə özlərinə öyüd verildiyi zaman səcdəyə qapanan, kibrlənmədən Rəblərinə həmd edərək təsbih edənlər inanarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrim izə yalnız o kəslər inanırlar ki, ayələrimiz onların yadına salınanda onlar səcdəyə qapılır, təkəbbür göstərməyərək öz Rəbbinə təriflər deyir,
Sabirə Dünyamalıyeva:
Həqiqətən, Bizim ayələrimizə ancaq öyüd-nəsihət verildiyi zaman boyun əyib tabeçilik göstərərək səcdəyə qapanan və Rəbbini tərifləyərək nöqsan sifətlərdən pak tutan və təkəbbür göstərməyən kəslər inanarlar.