Zümər Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”
Bünyadov-Məmmədəliyev:
Siz Ondan başqa istədiyinizə ibadət edin!” De: “Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!”
Elmir Quliyev :
Поклоняйтесь же, помимо Него, чему пожелаете". Скажи: "Воистину, потерпят убыток те, которые потеряют себя и свои семьи в День воскресения. Воистину, это и есть явный убыток!
Ələddin Sultanov:
Siz Ondan başqa istədiyinizə ibadət edin!” De: “Həqiqətən, ziyan çəkənlər qiyamət günü həm özlərini, həm ailələrini ziyana salanlardır. Bilin ki, bu, açıq-aşkar bir ziyandır”.
Kerbelayi Malik ağa:
Artıq Ondan başqa dilədiyiniz şeyə qul olun. De ki: ‘Şübhəsiz ki, özlərini ailələrini hüsrana (ziyana) düşürənlər, qiyamət günü hüsrana uğrayacaq olanlardır.’ Bu açıq-aşkar bir hüsran deyilmi?
Ələsgər Musayev:
Ibadət edin, nəyə istəyirsiniz Ondan başqa!» De: «Həqiqətən, xəsarətdədirlər o kəslər ki, onlar öz nəfslərinə ailələrinə qiyamət günündə xəsarət yetirdilər. Ə, məgər yoxmu? Budur aşkar xəsarət!»
A.Mehdiyev və D.Cəfərli:
Buna görə siz (də) Ondan başqa istədiyinizə ibadət edin.» De: «Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamətdə özlərini ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur.»
Kövsər Tağıyev:
“Siz Allahdan başqa istədiyiniz şeylərə ibadət edin!” De ki: “Şübhəsiz, ziyana uğrayanlar qiyamət günü özlərini ailələrini ziyana salanlardır. Yaxşı bilin ki, açıq-aşkar ziyan budur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz Ondan başqa nəyə istəyirsiniz ibadət edin!” De: "Doğrudan da ziyana düşənlər O kəslərdir ki, onlar qiyamət günü özlərinə öz ailələrinə ziyan vururlar. Aşkar ziyan bax budur!"
Sabirə Dünyamalıyeva:
Siz isə Onun altındakılardan istədiyinizə ibadət edin." De ki: "Şübhəsiz ki, əsl itirənlər, qiyamət günündə özlərini ailələrini yaxınlarını ziyana uğradanlardır." -Diqqətli olun! Bax bu, açıq-aşkar bir zərərdir.