Mömin Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ən yüksək dərəcələrin Ərşin sahibi Odur. O Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, (insanları) Görüş günü ilə qorxutsun.
Bünyadov-Məmmədəliyev:
Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların möminlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!
Elmir Quliyev :
Он обладает возвышенными качествами (или возвышает по степеням) и владеет Троном. Он ниспосылает дух (откровение) со Своими велениями тем из Своих рабов, кому пожелает, чтобы предупредить о Дне встречи.
Ələddin Sultanov:
Dərəcələri yüksəldən ərşin sahibi olan Allah (insanları) qovuşma (axirət) günü ilə qorxutmaq üçün Öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir. (Təfsirlərdə “dərəcələri yüksəldən” ifadəsinə “göyləri bir-birinin üstünə qurub ucaldan”, “dünyada qullarına uca məqamlar verən”, “cənnətdəki məqamlarını yüksəldən”, “möminlərin savab dərəcələrini ucaldan” kimi mənalar verilmişdir.)
Kerbelayi Malik ağa:
Dərəcələri yüksəldən ərşin sahibi olan Allah qullarından dilədiyi kimsənin üzərinə (başının üzərinə) Allaha təslim olma gününün gəldiyini xəbərdar etmək üçün əmrindən bir ruh göndərər.
Ələsgər Musayev:
Rəflərlə dərəcələri yüksəldən ərşin sahibi endirir Ruhu Öz əmrindən ötrü üzərinə kimi istəyir bəndələrindən, nəzərə çatdırması üçün görüş günündən.
A.Mehdiyev və D.Cəfərli:
O Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən (göylərin üstündə yerləşib hökmranlıq məkanı dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin şeytanların bir-birlərinə Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun.
Kövsər Tağıyev:
O, dərəcələri haqqı ilə yüksəldəndir, Ərşin sahibidir. Görüş günü haqqında (insanları) xəbərdar etmək üçün iradəsi ilə bağlı vəhyi qullarından istədiyinə özü endirər.
M.Qənioğlu və T.Bilaloğlu:
Mərtəbələri yüksək, ərş sahibi (Allah) Öz əmri ilə ruhu [vəhyi] istədiyi bəndəsinə göndərir ki, o, görüş günü haqqında xəbərdarlıq etsin.
Sabirə Dünyamalıyeva:
O, dərəcələri yüksəldəndir, ən böyük taxtın/ən yüksək mövqenin sahibidir. O, görüş günü barəsində xəbərdarlıq etmək üçün Öz əmrindən/Öz işindən olan vəhyi bəndələrindən istədiyinə verər.