Əlixan Musayev:
Ad (xalqına) gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha qüvvətli kim ola bilər?”– dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər.
Bünyadov-Məmmədəliyev:
Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.
Elmir Quliyev
:
Что касается адитов, то они возгордились на земле без всякого права и сказали: "Кто может превзойти нас силой?" Неужели они не видели, что Аллах, Который сотворил их, превосходит их силой? Они отвергали Наши знамения.
Ələddin Sultanov:
Ad qövmü yer üzündə haqsız yerə təkəbbürləndi və onlar: “Bizdən daha güclü kim var?” - dedilər. Onları yaradan Allahın özlərindən daha güclü olduğunu görmədilərmi? Onlar Bizim ayələrimizi inkar edirdilər.
Kerbelayi Malik ağa:
Lakin Ad qövmü daha sonra yer üzündə haqsız yerə təkəbbürləndi. Dedilər ki: ‘Qüvvət baxımından bizdən daha güclü kim vardır?’ Onları yaradan Allahın qüvvət baxımından onlardan daha güclü olduğunu görmədilərmi? Ayələrimizi bilə-bilə inkar edirdilər.
Ələsgər Musayev:
Amma elə ki, Adlılar
təkəbbürlük etdilər ərzdə qeyri haqq və dedilər: «Kim
şiddətlidir bizdən qüvvətdə?» Ə, onlar görmədilərmi, Allah –
Odur ki, xəlq etdi onları, şiddətlidir onlardan qüvvətdə? Və
oldular ayətlərimizlə Bizi inkar edənlər
A.Mehdiyev və D.Cəfərli:
(Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: «Kim bizdən daha güclüdür?» Məgər onlar (qəlb gözü ilə) özlərini yaradan Allahın onlardan güclü olmasını görmədilər? (Əslində) onlar (batini yəqinlikləri ola-ola) Bizim nişanələrimizi inkar edirdilər.
Kövsər Tağıyev:
Ad qövmü isə yer üzündə haqsız yerə təkəbbür göstərmiş: “Bizdən daha güclü kim var?” – demişdilər. Onlar özlərini yaradan Allahın onlardan daha güclü olduğunu görmədilərmi? Onlar bizim ayələrimizi inkar edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ad tayfası isə yer üzündə haqsız təkəbbür göstərərək dedi: "Bizdən güclü kim olar?" Məgər onlar özlərini yaratmış Allahın onlardan daha güclü olduğunu görmürdülər?! Onlar ayələrimizi inkar edirdilər.
Sabirə Dünyamalıyeva:
Ad [qövmündə] gəldikdə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və: "Güc baxımından bizdən daha üstün kim var?" dedilər. Onlar, şübhəsiz ki, özlərini meydana gətirən Allahın güc baxımından onlardan daha üstün olduğunu görmədilərmi? Və onlar Bizim ayələrimizi bilə-bilə inkar edirdilər.