Məhəmməd Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə Rəbbi tərəfindən bağışlanma gözləyir. (Məgər onlar) od içində əbədi qalan bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?
Bünyadov-Məmmədəliyev:
Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!
Elmir Quliyev :
Вот описание Рая, обещанного богобоязненным! В нем текут реки из воды, которая не застаивается, реки из молока, вкус которого не изменяется, реки из вина, дарующего наслаждение пьющим, и реки из очищенного меда. В нем для них уготованы любые фрукты и прощение от их Господа. Неужели они подобны тем, кто вечно пребывает в Огне, кого поят кипящей водой, разрывающей их кишки?
Ələddin Sultanov:
Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?!
Kerbelayi Malik ağa:
Təqva sahiblərinə vəd edilən cənnətin durumu budur ki; içində qoxusu dəyişməyən sudan bulaqlar, dadı dəyişməyən süddən bulaqlar, içənlərə ləzzət verən şərabdan bulaqlar saf (süzülmüş) baldan bulaqlar vardır. Onlar üçün orada hər növ meyvə vardır (onlar üçün) Rəblərindən məğfirət vardır. (Bunların vəziyyəti), atəşdə davamlı qalacaq olan qaynar su içirilən, bu səbəblə bağırsaqları parçalanan kimsənin vəziyyəti kimidirmi?
Ələsgər Musayev:
Məsəli cənnətin, hansı ki, vəd verilib müttəqilərə: orada nəhrlər sudan duru, təmiz, xarab olmayan nəhrlər süddən, tamı dəyişmir. Nəhrlər şərbətdəndir, ləzzətlidir içənlər üçün nəhrlər əsil baldandır. Onlar üçün orada külli səmaratdan bağışlanmaq Rəblərindən. O kəs kimidir ki, o, həmişəlik qalacaqdır odda onu hamamdakı qaynar su ilə içirdirlər qət edəcək daxilini, onların?
A.Mehdiyev və D.Cəfərli:
Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır. (Məgər bunlar) odda əbədi qalacaq bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!
Kövsər Tağıyev:
Allaha qarşı gəlməkdən çəkinənlərə vəd olunan cənnət belədir. Orada qoxmayan su çayları, dadı dəyişməyən süd çayları, içənlərə zövq verən şərab çayları süzmə bal çayları var. Orada onlar üçün hər növ meyvə var. Rəblərindən isə bağışlanma var. Bu cənnətliklərin halı atəşdə əbədi qalacaq bağırsaqlarını parça-parça edəcək qaynar su içirilən kimsələrin halı kimi olarmı?
M.Qənioğlu və T.Bilaloğlu:
Müttəqilərə vəd olunmuş cənnətin təsviri belədir; orada suyu iylənməyən çaylar, tamı dəyişməyən süd çayları, içənlər üçün ləzzətli şərab çayları, təmizlənmiş bal çayları vardır. Orada onlar üçün hər cür mer-meyvələr öz Rəbbindən bağışlanma vardır. Heç (onlar) cəhənnəm odu içərisində əbədi qalan mədə-bağırsağını parça-parça edən qaynar su içirdilən kəslər kimidir?
Sabirə Dünyamalıyeva:
Atəşdə əbədi qalacaq olan qaynar su içirilip bağırsaqları parça-parça olan kəslər kimidirmi? Allahın mühafizəsi altına daxil olan kəslərə vəd edilən cənnətin misalı [belədir]: "Orada dəyişməyən [xarab olmayan] təmiz sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar süzülmüş baldan çaylar var. Onlar üçün cənnətdə hər növ meyvə Rəbbi tərəfindən bağışlanma var.