Əlixan Musayev:
Siz qənimətləri götürməyə getdiyiniz zaman (səfərdən) geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!”– deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyəcəklər. Əksinə, onlar çox az anlayanlardır.
Bünyadov-Məmmədəliyev:
Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə) getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: “Qoyun biz də sizin arxanızca gələk!” Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib evdə oturanları heç yerə aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur” Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)”. Xeyr, onlar özləri çox az qanan kimsələrdir!
Elmir Quliyev
:
Когда вы отправитесь за трофеями, чтобы взять их, оставшиеся позади скажут: "Дайте нам последовать за вами". Они хотят изменить Слово Аллаха. Скажи: "Вы не последуете за нами. Так сказал Аллах прежде". Тогда они скажут: "Нет, вы завидуете нам". Но они мало что смыслят.
Ələddin Sultanov:
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir. (Həzrət Peyğəmbər hicrətin altıncı ilində Hüdeybiyyədən qayıtdıqdan sonra növbəti il Hüdeybiyyədə iştirak edən müsəlmanlarla birlikdə Xeybər səfərinə çıxmış və oranı fəth etmişdi. Bu fəth əsnasında müsəlmanlar çoxlu qənimət əldə etmişdilər. Bu səfərdə iştirak etməyənlər də qənimətdən pay almaq istəyirdilər. Ancaq onlara qənimət verilməyəcəyinə hökm olunmuşdu. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)
Kerbelayi Malik ağa:
(Döyüşdən) geri qalanlar qənimətlərin olduğu yerə onları almaq üçün getdiyiniz zaman: ‘Bizə icazə verin, sizə tabe olaq.’ deyəcəklər. (Onlar) Allahın kəlamını dəyişdirmək istəyirlər. (Onlara) de ki: ‘Siz əsla bizə tabe ola bilməzsiniz. Allahu Təala daha əvvəl belə buyurdu.’ O zaman (onlar da): ‘Xeyr, siz bizə həsəd aparırsınız.’ deyəcəklər. Xeyr, onların çox azı xaric, idrak edə bilmirlər.
Ələsgər Musayev:
Deyərlər
müxaliflər, onda ki, siz qənimət dalınca getdiniz, ondan ötrü ki,
götürəsiz onu: «Buraxın bizi, tabe olaq sizə!» Onlar istəyirlər
ki, Allahın kəlməsini dəyişdirsinlər. De: «Siz heç vaxt bizə tabe
olmayacaqsız! Belə sizin üçün dedi qabaqcadan Allah».
Deyərlər: «Bəli, siz bizə həsəd aparırsız!» Bəli, ancaq onların
azından başqa o biriləri anlamaz oldular.
A.Mehdiyev və D.Cəfərli:
(Hüdeybiyyə hadisəsindən) yerdə qalanlar siz (Xeybərdən) qənimətləri götürməyə yollananda tezliklə sizə deyəcəklər: «Qoyun biz də sizin arxanızca gələk.» Onlar Allahın (yerdə qalanların növbəti qənimətlərdən məhrum olmaları barəsində Lövhi-Məhfuzda yazılmış əzəli) sözünü dəyişdirmək istəyirlər. De: «Əsla bizim dalımızca gəlməyəcəksiniz. Allah bundan əvvəl (əzəldən) belə buyurmuşdur.» Onlar tezliklə deyəcəklər: «(Allah qadağan etməyib) əksinə, siz bizə paxıllıq edirsiniz.» (Belə deyil,) sadəcə olaraq onlar az bir qismi istisna olmaqla anlamırlar.
Kövsər Tağıyev:
Siz qənimətləri almağa gedərkən savaşdan geri qalanlar: “Qoyun, biz də sizinlə gələk”, – deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki: “Siz bizimlə əsla gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur”. Onlar: “Bizi qısqanırsınız”, – deyəcəklər. Xeyr, onlar çox az anlayırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz qənimətlərinizi götürmək üçün yola çıxanda arxada qalanlar deyəcəklər: "Qoyun, biz də ardınızca gələk!" Onlar Allahın kəlamını [qənimət haqqında hökmünü] dəyişdirmək istəyirlər. De: "Siz heç vaxt ardımızca gəlməyəcəksiniz! Əvvəlcədən Allah sizin kimilər üçün belə demişdir." Onlar deyəcəklər: "Yox, siz bizə həsəd aparırsınız!" Xeyr, onlar çox az anlayırlar.
Sabirə Dünyamalıyeva:
Siz qənimətləri almaq üçün gedərkən, o geri qalanlar: "Qoyun biz də sizin arxanızca gələk" deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki: "Siz, qətiyyən bizimlə gələ bilməyəcəksiniz. Allah daha əvvəl belə buyurmuşdur." Sonra onlar deyəcəklər: "Əksinə, siz bizə paxıllıq edirsiniz" deyəcəklər. Əksinə, onlar, çox az şey istisna olmaqla, anlamırlar.