Hucurat Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Möminlər ancaq Allaha Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları canları ilə cihad edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır.
Bünyadov-Məmmədəliyev:
Möminlər yalnız Allaha Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!
Elmir Quliyev :
Верующими являются только те, которые уверовали в Аллаха и Его Посланника, а потом не испытывали сомнений и сражались на пути Аллаха своим имуществом и своими душами. Именно они являются правдивыми.
Ələddin Sultanov:
Möminlər o kəslərdir ki, Allaha Peyğəmbərinə iman gətirər, sonra da bundan əsla şübhəyə düşməz Allah yolunda malları canları ilə cihad edərlər. Məhz onlar sadiq olanlardır.
Kerbelayi Malik ağa:
Möminlər ancaq onlardır ki, Allaha Onun Rəsuluna iman etdilər. Sonra da şübhəyə düşmədilər. Malları canları ilə Allah yolunda cihad edənlər! Məhz onlar sadiqlərdir.
Ələsgər Musayev:
Həqiqətən, inananlar o kəslərdir ki, inandılar Allah ilə Onun rəsulu ilə, sonra şübhə etmədilər cihad etdilər malları ilə nəfsləri ilə yolunda Allahın. Həmin onlar sadiqlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Möminlər yalnız Allaha Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib mal canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz əməldə) doğruçu olan onlardır.
Kövsər Tağıyev:
İman edənlər sadəcə Allaha peyğəmbərinə inanan, sonra şübhəyə düşməyən, Allah yolunda malları canları ilə cihad edənlərdir. Onlar doğru kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən möminlər o kəslərdir ki, Allaha Onun peyğəmbərinə iman gətirdilər, sonra isə şəkk etməyərək, öz malları canları ilə Allah yolunda cihad etdilər. Sadiq olanlar onlardır.
Sabirə Dünyamalıyeva:
Möminlər ancaq Allaha Onun Elçisinə iman edən, sonra da şübhəyə düşməyən malları canları ilə Allah yolunda səy göstərən kəslərdir. Bax məhz bunlar sadiqlərdir.