Qəmər Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onu (həmin hadisəni) (nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
Bünyadov-Məmmədəliyev:
And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
Elmir Quliyev :
Мы оставили его (корабль или рассказ о Нухе) в качестве знамения. Но есть ли среди вас вспоминающие?
Ələddin Sultanov:
Həqiqətən, Biz onu ibrət olsun deyə saxladıq. Bəs ibrət alan varmı?
Kerbelayi Malik ağa:
And olsun ki, Biz onu (o gəmini) bir ibrət olaraq saxladıq. Amma ibrət alan varmı?
Ələsgər Musayev:
Əlbəttə, Biz onu ayət saxladıq. Məgər varmı yad edəndən?
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz onu (həmin hadisə gəmini Öz qüdrət qəzəbimizdən) bir nişanə qoyduq. Amma heç bir ibrət götürən varmı?
Kövsər Tağıyev:
And olsun, biz onu (tufan hadisəsini) bir ibrət kimi saxladıq. Düşünüb öyüd götürən varmı?
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bunu bir ibrət olaraq tərk etdik. Heç bir ibrət alan varmı?
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz, Bunu bir ayə olaraq saxladıq. Elə isə, ibrət alıb fikirləşən varmı?