Əlixan Musayev:
(Doğru yoldan) sapanlar Cəhənnəm üçün odun olacaqlar”.
Bünyadov-Məmmədəliyev:
(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)”
Elmir Quliyev
:
Уклонившиеся же будут дровами для Геенны”".
Ələddin Sultanov:
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərindən qayıdarkən Bətni-nəhlə deyilən bir yerdə sübh namazını qıldırdığı əsnada cinlərdən bir dəstə onun oxuduğu Quranı eşidib qulaq asmışdılar. Həzrət Peyğəmbər o anda onları görməmiş, daha sonra bu ona yuxarıdakı ayələrlə bildirilmişdir.)
Kerbelayi Malik ağa:
Lakin qəlbləri daş kimi olanlar (qəlbləri zikrsizlikdən qaralanlar), məhz onlar cəhənnəmə odun oldular.
Ələsgər Musayev:
Amma geriyə çəkilənlər - onlar cəhənnəm odunun odunları oldular!”
A.Mehdiyev və D.Cəfərli:
«Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (Cinlərin sözünün sonu.)
Kövsər Tağıyev:
“Haqq yoldan sapanlara gəlincə onlar cəhənnəmə odun olmuşlar”.
M.Qənioğlu və T.Bilaloğlu:
haqdan dönənlər isə cəhənnəm üçün odun olarlar."
Sabirə Dünyamalıyeva:
Amma kimlər müsəlman oldusa, bax onlar doğruya, gözələ, yaxşıya, gerçəyə çatmağı axtaranlardır. Amma etiqad barəsində səhv; öz zərərinə olan əməli işləyənlərə gəldikdə, onlar da cəhənnəm üçün odun olacaqlar." demişdilər.