Tövbə Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
onların (müşriklərin əlindən əziyyət çəkən müsəlmanların) qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev :
и удалит гнев из их сердец. Аллах прощает, кого пожелает, ибо Он Знающий, Мудрый.
Ələddin Sultanov:
Eləcə onların (möminlərin) qəlblərindəki qəzəbi yox etsin. Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Onların qəlblərindəki qəzəbi aradan qaldırar. Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah Alimdir, Hakimdir (hökm hikmət sahibi).
Ələsgər Musayev:
onların qəlblərindən qeyzlərini aparsın. Allah kimin istəsə qayıtmasını qəbul edər Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin onların qəlblərinin qəzəbini aradan aparsın. Allah nəzərini istədiyi şəxsə yönəldərək tövbəsini qəbul edər. Allah bilən hikmətlidir.
Kövsər Tağıyev:
onların qəlblərindəki qəzəbi silib aparsın. Allah istədiyinin tövbəsini qəbul edər. Allah haqqı ilə biləndir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
onların ürəklərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Axı Allah hər şeyi biləndir hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
mömin bir tayfanın sinəsinə şəfa versin, sinələrindəki kini aparsın. Allah, istədiyi kəsin tövbəsini qəbul edər. Allah, çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.