Əlixan Musayev:
Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
А тех, которые уверовали в Аллаха и Его посланников и не делают различий между любым из них, Он одарит их наградой. Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Allaha və peyğəmbərlərinə iman gətirərək onlardan heç birini digərindən ayırmayanlara gəldikdə, onlara mükafatlarını (Allah) verəcəkdir. Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Onlar Allaha və Onun rəsullarına iman etdilər və onların arasından birini (digərindən) ayırmazlar. Onların mükafatları yaxında veriləcək. Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Və o kəslər ki, inanırlar Allah ilə və Onun
rəsulları ilə və fərq qoymayırlar onlardan heç birinin arasında
– həmin onlara əta edərik əcrlərini onların və oldu Allah
Ğəfur, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Allah tezliklə Ona və Onun peyğəmbərlərinə iman gətirib onların heç biri arasında ayrı-seçkilik salmayan (onların hamısını təsdiq edən) kəslərin mükafatlarını verəcəkdir. Allah həmişə çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Allaha və peyğəmbərlərinə iman edənlər və onlardan heç birini digərlərindən fərqləndirməyənlərə gəlincə, Allah onlara mükafatlarını verəcək. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha və Onun peyğəmbərlərinə inananlara və onların [peyğəmbərlərin] arasında fərq qoymayanlara öz haqları veriləcəkdir. Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Allaha və elçilərinə iman gətirənlər və onlar arasında ayrı-seçkilik etməyən kəslər; bax onlar, Allahın çox tezliklə mükafatlarını verəcəyi kəslərdir. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.