Əlixan Musayev:
Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar )sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”.
Bünyadov-Məmmədəliyev:
Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”
Elmir Quliyev
:
Таков Мой прямой путь. Следуйте по нему и не следуйте другими путями, поскольку они собьют вас с Его пути. Он заповедал вам это, — быть может, вы устрашитесь.
Ələddin Sultanov:
Şübhəsiz ki, bu Mənim doğru yolumdur. Ona tabe olun! Sizi Onun yolundan uzaqlaşdıran yollara uymayın! Allah sizə bunları əmr etdi ki, bəlkə siz (pis əməllərdən) çəkinəsiniz”.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bu, Mənim müstəqim olan (Allaha aparan) yolumdur. Elə isə ona tabe olun. (Başqa) yollara tabe olmayın ki, o təqdirdə sizi Onun yolundan ayırar. Sizə onunla belə vəsiyyət etdi (əmr etdi). Ümid edilər ki, beləcə siz təqva sahibi olarsınız.
Ələsgər Musayev:
Yaxınlaşmayın malına yetimin, ancaq hansı ilə ki, o yaxşıdır, ta həddi – buluğa yetişələr. Vəfalı olun ölçü və mizana insafla. Biz nəfsi gücündən artıq mükəlləf etmərik. Onda ki, söz söyləyirsiniz, yaxınınız olsa belə, ədalətli olun və əhdi ilə Allahın vəfa edin. Belə vəsiyyət edir sizə onun ilə, ola ki, yad edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
«Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır.»
Kövsər Tağıyev:
Bu, mənim doğru yolumdur. Artıq ona tabe olun. Başqa yollara uymayın. Yoxsa o yollar sizi parça-parça edib Onun yolundan ayırar. Allah bunları sizə çəkinəsiniz deyə əmr etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, Mənim düz olan yolumdur. Onunla gedin! Başqa yollara düşməyin ki, Allahın yolundan uzaqlaşmayasınız. Bunu O sizə tövsiyə etdi ki, bəlkə Allahdan qorxasınız!"
Sabirə Dünyamalıyeva:
Və şübhəsiz ki, bu, doğru olaraq Mənim yolumdur. Dərhal ona tabe olun. Və başqa yollara uymayın ki, sizi Allahın yolundan ayırmasın. Bax bunlar, Allahın mühafizəsi altına daxil olasınız deyə, Allahın sizə öhdəlik olaraq qoyduğu şeylərdir.