Bəqərə Surəsi 154. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.
Bünyadov-Məmmədəliyev:
Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.
Elmir Quliyev :
Не говорите о тех, кто погиб на пути Аллаха: "Мертвецы!" Напротив, они живы, но вы не ощущаете этого.
Ələddin Sultanov:
Allah yolunda öldürülənlərə “ölülər”­ deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz.
Kerbelayi Malik ağa:
Allah yolunda öldürülən kəslər üçün ‘ölülər’ deməyin. Xeyr, onlar diridirlər. Lakin siz fərqində olmazsınız.
Ələsgər Musayev:
Deməyin o kəslər üçün kiqətl olunurlar Allah yolunda: «Ölüdürlər»! Bəli, diridirlər lakin siz şüursuzsunuz.
A.Mehdiyev və D.Cəfərli:
Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər lakin (bunu) siz dərk etmirsiniz.
Kövsər Tağıyev:
Allah yolunda öldürülənlərə “ölülər” deməyin. Xeyr, onlar diridirlər. Ancaq siz bunu bilməzsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah yolunda öldürülənlərə "Ölülərdir." deməyin, xeyir, onlar diridirlər, lakın bunu siz duymursuz.
Sabirə Dünyamalıyeva:
Allah yolunda öldürülənlərə, "Ölülər" deməyin. Əslində onlar diridirlər. Lakin siz dərk etmirsiniz.