Əlixan Musayev:
Sonra Biz Musaya – yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yolu göstərən bir rəhbər və mərhəmət olaraq Kitab verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.
Bünyadov-Məmmədəliyev:
Sonra Biz yaxşı işlər görən kimsəyə - Musaya (bəxş etdiyimiz neməti) tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və (ilahi) mərhəmət olaraq kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşacaqlarına (Onun hüzuruna gedəcəklərinə) inansınlar!
Elmir Quliyev
:
Мы также даровали Мусе (Моисею) Писание в завершение милости к тому, кто был добродетелен, как разъяснение всякой вещи, верное руководство и милость, дабы они уверовали во встречу со своим Господом.
Ələddin Sultanov:
Sonra, yaxşı işlər görənlərə (nemətimizi) tamamlamaq, hər şeyi ətraflı izah etmək, doğru yola yönəltmək və mərhəmət etmək üçün Biz Musaya kitabı (Tövratı) verdik ki, bəlkə onlar Rəbbinə qovuşacaqlarına iman gətirələr.
Kerbelayi Malik ağa:
Sonra Musaya (ə.s) əhsən olanlara tamamlayıcı olaraq, hər şeyi açıqlayan, rəhmət olan və hidayətə ərdirən kitabı (Tövratı) verdik. Beləcə onlar Rəblərinə mülaki olacaqlarına (hidayət olacaqlarına) inanarlar (iman edərlər).
Ələsgər Musayev:
Həqiqətən, bu, Mənim düz yolumdur və tabe olun ona və tabe olmayın yollara ki, sizi firqələrə böləcək Onun yolundan. Belə vəsiyyət edir sizə onun ilə, ola ki, müttəqi olasınız!»
A.Mehdiyev və D.Cəfərli:
Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili olması üçün Musaya kitab (Tövrat) verdik.
Kövsər Tağıyev:
Sonra yaxşılıq edənlərə neməti tamamlamaq, hər şeyi açıqlamaq, hidayət və rəhmətə qovuşdurmaq üçün Musaya Kitabı (Tövratı) verdik ki, Rəblərinin hüzuruna çıxacaqlarına iman etsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Biz Musaya yaxşı iş tutanlar üçün tamamlanan, hər şeyi aydın edən, düz yol göstəricisi və bir mərhəmət olan Kitabı [Tövratı] bəxş etdik ki, bəlkə onlar öz Rəbbi ilə görüşəcəklərinə inanalar.
Sabirə Dünyamalıyeva:
Sonra Biz, öz Rəbbi ilə qarşılaşacaqlarına inansınlar deyə, yaxşı-gözəl işlər görənlərə hər şeyi kamil və müfəssəl izah etmək, bələdçi və rəhmət olmaq üçün Musaya Kitabı verdik.