Əlixan Musayev:
(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir.
Bünyadov-Məmmədəliyev:
(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!
Elmir Quliyev
:
Тех из вас, которые повернули назад в тот день, когда встретились два войска при Ухуде, дьявол заставил поскользнуться по причине некоторых их поступков. Аллах уже простил их, ведь Аллах — Прощающий, Выдержанный.
Ələddin Sultanov:
Həqiqətən, şeytan (Ühüd döyüşündə) iki ordu qarşılaşdığı gün sizi qoyub gedənləri, qazandıqları bəzi şeylərə (xətalarına) görə azdırmaq istəmişdi. Allah onları bağışlamışdır. Həqiqətən, Allah bağışlayandır, həlimdir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, iki dəstənin qarşılaşdığı gün içinizdən bir qismi üz çevirdi, halbuki şeytan qazandıqları bəzi şeylərə görə (Rəsulun əmrinə itaət etməmək, qənimətə doğru tələsmək kimi) onları zillətə salmaq istədi. And olsun ki, Allah onları bağışladı. Şübhəsiz ki, Allah Ğafurdur, Həlimdir.
Ələsgər Musayev:
Həqiqətən, sizlərdən o kəslər ki, üz döndərdilər o gündə ki, iki
cəm görüşdü, şeytanın onları zəlalətə salmaq istəyi bəzi kəsb
etdiklərinə görə idi. Əlbəttə, əfv etdi Allah onları. Həqiqətən,
Allah Ğəfurdur, Həlimdir!
A.Mehdiyev və D.Cəfərli:
?lb?tt?, dogrudan da iki d?st?nin qars?lasd?g? gun (Uhud doyusund?) sizl?rd?n dusm?n? arxa cevir?n k?sl?ri qazand?qlar? b?zi gunahlara gor? Seytan budr?tdi v? ?lb?tt?, Allah onlar? ?fv etdi. Cunki Allah cox-cox bag?slayan v? h?limdir.
Kövsər Tağıyev:
Şeytan iki topluluğun qarşılaşdığı gün sizdən üz döndərib qaçanları etdikləri bəzi xətalar səbəbi ilə yoldan çıxarmaq istəmişdi. Ancaq yenə də Allah onları əfv etdi. Şübhəsiz, Allah çox bağışlayandır, həlimdir (dərhal cəzalandırmaz, möhlət verər).
M.Qənioğlu və T.Bilaloğlu:
İki dəstə üz-üzə gələn günü sizdən üz döndərənləri şeytan kəsb etdikləri [günahları] ilə çaşbaş düşməyə vadar etdi. Allah isə onları əfv etdi. Həqiqətən, Allah bağışlayandır, həlimdir!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, iki camaatın qarşılaşdığı gün sizdən üz döndərib gedən kəslər [ki var], şeytan onların qazandıqları şeylərin ağrısıyla ayaqlarını büdrətmək istədi. Yenə də Allah onları həqiqətən bağışladı. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox həlimdir.