Əlixan Musayev:
Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və (Allahdan) qorxun ki, bəlkə sizə rəhm oluna.
Bünyadov-Məmmədəliyev:
Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!
Elmir Quliyev
:
Это — благословенное Писание, которое Мы ниспослали. Следуйте же ему и будьте богобоязненны, — быть может, вы будете помилованы.
Ələddin Sultanov:
Bu (Quran) da nazil etdiyimiz mübarək bir kitabdır. Elə isə ona tabe olun və (Allahdan) qorxun ki, bəlkə, sizə rəhm edilsin;
Kerbelayi Malik ağa:
Endirdiyimiz bu kitab mübarəkdir. Elə isə ona tabe olun. Təqva sahibi olun. Beləcə siz rəhmət olunarsınız.
Ələsgər Musayev:
Sonra Biz əta etdik Musaya kitabı tamam olaraq o kəs üçün ki, yaxşılardandır və təfsilnən külli şey üçün və hidayət və rəhmət, ola ki, onlar görüşü ilə Rəblərinin inanalar!
A.Mehdiyev və D.Cəfərli:
Bu, Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Buna görə də ona tabe olun və təqvalı olun, bəlkə rəhm olundunuz.
Kövsər Tağıyev:
Bu (Qur`an) da bizim endirdiymiz bərəkət qaynağı bir kitabdır. Artıq ona tabe olun və Allaha qarşı gəlməkdən çəkinin ki, sizə mərhəmət göstərilsin.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Onun ardınca gedin və (Allahdan) qorxun ki, bəlkə sizə rəhm oluna!
Sabirə Dünyamalıyeva:
Və Quran, bəziləriniz "Kitab, yalnız bizdən əvvəlki iki tayfaya; yəhudilərə və xristianlara endirildi; biz isə, o kitabları oxuya bilmir və dillərini başa düşmürük" deməyəsiniz, bəziləriniz də "Əgər bizə kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq" deməyəsiniz deyə Bizim nazil etdiyimiz bərəkətli bir kitabdır.