Ali-İmran Surəsi 156. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Səfərə çıxmış ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, ölər, öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə (belə) etdi. Dirildən də, öldürən Allahdır. Allah etdiklərinizi görür.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Səfərə ya müharibəyə getmiş (orada vəfat etmiş ya öldürülmüş) qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, ölər, öldürülərdilər”, - deyən kafirlər kimi olmayın! Allah bunu (bu əqidəni) onların ürəklərində bir həsrət (yarası) olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən Allahdır. Allah etdiyiniz əməlləri görəndir!
Elmir Quliyev :
О те, которые уверовали! Не будьте похожи на неверующих, которые сказали о своих братьях, когда они странствовали по земле или участвовали в походе: "Если бы они были рядом с нами, то не умерли бы и не были бы убиты", дабы Аллах сделал это причиной скорби в их сердцах. Аллах оживляет и умерщвляет, и Аллах видит то, что вы совершаете.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Siz, yer üzündə səfərə (cihada) çıxan ya müharibədə olan qardaşları haqqında: “Əgər bizim yanımızda olsaydılar ölər, öldürülərdilər!” - deyən kafirlər kimi olmayın! Allah bunu, onların ürəklərində bir həsrət (yarası) olsun deyə etdi. Həyat verən də, öldürən Allahdır. Allah sizin etdiklərinizi görəndir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Siz yer üzündə səfərə çıxmış ya qazi olan (döyüşə qatılan) qardaşları üçün ‘Əgər bizim yanımızda olsaydılar ölməzdilər öldürülməzdilər.’ deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində bir həsrət (peşmanlıq) olsun deyə etdi. Allah yaşadar öldürər. Allah etdiklərinizi ən yaxşı görəndir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Olmayın o kəslər kimi ki, kafirdirlər deyirlər qardaşları üçün, onda ki, yürüş edirdilər ərzdə, ya döyüşürlər: «Əgər olsaydılar yanımızda, ölərlər qətlə yetirilərdilər!». Etməsi üçün Allah bu həsrəti qəlblərində onların. Allah dirildir öldürür Allah ilə ki, əməldəsiniz, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman g?tir?nl?r, kafir olan v? s?f?r? c?xm?s (v? s?f?rd? olmus) v? ya doyuscu (olub s?hid) olmus qardaslar? bar?sind? «?g?r bizim yan?m?zda qalsayd?lar, olm?zdil?r v? oldurulm?zdil?r!» dey?n k?sl?r kimi olmay?n. (Qoyun) Allah bunu (bu ?qid?ni v? sozu) onlar?n q?lbl?rind? bir h?sr?t etsin. Dirild?n d? oldur?n d? Allahd?r. Allah etdikl?rinizi gor?ndir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Qardaşları səfərə ya savaşa getdikdə onlar haqqında “Onlar bizim yanımızda olsaydılar, ölməzdilər öldürülməzdilər” deyən inkarçılar kimi olmayın. Allah bunu (bu düşüncəni) onların qəlblərinə bir həsrət (yarası) olaraq qoydu. Allah yaşadar öldürər. Allah etdiklərinizi görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Səfərə çıxmış ya döyüşə getmiş qardaşları haqqında: “Əgər onlar yanımızda olsaydılar, ölməzdilər, öldürülməzdilər.” - deyən kafirlər kimi olmayın! Allah bunu onların ürəklərində bir dərd olsun deyə etdi. Həqiqətən, Allah dirildir də, öldürür də. Allah sizin etdiklərinizi görür.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allahın məbud rəbb olduğunu tanımayan yer üzündə gəzib-dolaşan yaxud da müharibəyə gedən qardaşları barəsində "Onlar bizim yanımızda olsaydılar ölməzdilər, öldürülməzdilər" deyən o kəslər kimi olmayın. -Həqiqətən Allah bunu onların qəlblərində bir yara edəcək.- Allah, həyat verər öldürər. Allah sizin etdiklərinizi ən yaxşı görəndir.