Əraf Surəsi 156. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” (Allah) dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu (Allahdan) qorxan, zəkat verən ayələrimizə iman gətirənlər üçün yazacağam.
Bünyadov-Məmmədəliyev:
Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!
Elmir Quliyev :
Предпиши для нас добро в этом мире и в Последней жизни, ибо мы возвращаемся к Тебе (каемся Тебе)". Он сказал: поражаю Своим наказанием, кого пожелаю, а Моя милость объемлет всякую вещь. Я предпишу ее для тех, которые будут богобоязненны, станут выплачивать закят и уверуют в Наши знамения,
Ələddin Sultanov:
Bizə bu dünyada da, axirətdə yaxşılıq yaz (nəsib et)! Biz Sənə döndük!” Allah buyurdu: “Dilədiyim kimsəni əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mərhəmətimi müttəqi olan, zəkatı verən ayələrimizə iman gətirən kimsələrə yazacağam (nəsib edəcəyəm)”.
Kerbelayi Malik ağa:
‘Bizə bu dünyada axirətdə (yəvm'il axırda, qiyamət günündə) həsənələr (gözəl əməllər, dərəcə qazandıran əməllər) yaz. Həqiqətən biz tövbə edib Sənə döndük.’ Allahu Təala belə buyurdu: ‘Dilədiyimi əzabıma düçar edərəm. Rəhmətim hər şeyi əhatə etdi. Beləcə onu (həsənəni) təqva sahiblərinə zəkatı verən kəslərə yazacam. Onlar ki, ayələrimizə iman edərlər (möminlərdir).’
Ələsgər Musayev:
Bizim üçün bu dünyada axirətdə yaxşılıq yaz, həqiqətən, biz Sənə tərəf hidayət olunmuşuq!» Dedi: «Mənim əzabım kimə istəsəm isbat edər Mənim rəhmətim külli şeyi əhatə edər. Ona görə Mən onu o kəslər üçün yazaram ki, təqvalıdırlar zəkat verəndirlər o kəslər ki, onlar ayətlərimizlə Bizə inanandırlar!
A.Mehdiyev və D.Cəfərli:
«Və bizim üçün bu dünyada (yaşayış, itaət aqibətdə) axirətdə (hesabda, şəfaətdə Cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq». Buyurdu: « (xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər Bizim ayə nişanələrimizə iman gətirənlər üçün yazacağam».
Kövsər Tağıyev:
“Bizim üçün dünyada da bir yaxşılıq yaz, axirətdə də. Çünki biz Sənə yönəldik”. Allah belə dedi: “Əzabım ki var, istədiyimi ona düçar edərəm. Rəhmətim isə hər şeyi əhatə etmişdir. Onu mənə qarşı gəlməkdən çəkinənlərə, zəkatı verənlərə ayələrimizə inananlara yazacağam”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim üçün bu dünyada da, axirətdə yaxşı əməllər yaz! Biz Sənə üz tutduq!" (Allah) dedi: "Mən istədiyim kəsi Öz cəzama məruz qoyuram, mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxanlar, zəkat verənlər Bizim ayələrimizə inananlar üçün yazacağam.
Sabirə Dünyamalıyeva:
Allah deyir ki: "Mənim əzabım var; onu istədiyimə toxunduraram, mərhəmətim var, o isə hər şeyi əhatə etmişdir. Onu xüsusən Allahın mühafizəsi altına daxil olanlara, zəkatını; vergisini verənlərə ayələrimizə inananlara;