Ənam Surəsi 159. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara etdiklərini bildirəcəkdir!
Elmir Quliyev :
Ты не имеешь никакого отношения к тем, которые раскололи свою религию и разделились на секты. Их дело находится у Аллаха, и позднее Он сообщит им о том, что они совершали.
Ələddin Sultanov:
Şübhəsiz, firqə-firqə olub dinlərini parçalayanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi ancaq Allaha qalmışdır. Sonra Allah onlara etdikləri əməlləri xəbər verəcəkdir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar dini firqələrə ayırdılar qrup-qrup oldular. Sənin onlarla heç bir əlaqən yoxdur. Onların işi yalnız Allaha aiddir. Sonra etdiklərini onlara xəbər verəcək.
Ələsgər Musayev:
Gözləyirlər ancaq ki, özlərinə mələklərin, ya sənin Rəbbinin, ya Rəbbinin bəzi ayətlərinin gəlməsinimi? Rəbbinin bəzi ayətlərinin gələcəyi gün qabaqca iman gətirməyən, ya imanında bir xeyir qazanmayan nəfsə imanı mənfəət verməz. De: «Gözləyin, həqiqətən, biz gözləyirik!»
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.
Kövsər Tağıyev:
Dinlərini parça-parça edənlər özləri firqələrə bölünmüş olanlar ki var, (sənin) onlarla heç bir əlaqən yoxdur. Onların işi ancaq Allaha qalmışdır. Sonra (O,) etdiklərini onlara xəbər verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Özlərinin dinini parçalayıb bölük-bölük olanlar, sənin onlarla heç bir şeydə (bağlılığın) yoxdur. Onların işi Allaha qalıb. Sonra O onlara nələr etdiklərini bildirəcəkdir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, dinlərini parçalayaraq firqə-firqə olan o kəslər ki var; sən heç bir surətdə davranışda onlardan deyilsən. Şübhəsiz ki, onların işi Allaha [qalmışdır]. Sonra Allah onlara etdikləri şeyləri xəbər verəcək.