Əlixan Musayev:
Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə (insanları) doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər.
Bünyadov-Məmmədəliyev:
Musa ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər.
Elmir Quliyev
:
Среди народа Мусы (Моисея) есть люди, которые истинно указывают путь и устанавливают справедливость.
Ələddin Sultanov:
Musanın qövmündən elə bir dəstə var ki, onlar (insanları) haqq yola yönəldir və ona əsasən ədalətlə hökm edirlər. (Yuxarıdakı ayədə qeyd olunan dəstədən məqsəd, Həzrət Mühəmməd peyğəmbərə iman gətirən yəhudilər və ya Həzrət Musanın dövründə insanlara nəsihət edərək onları haqqa və doğruluğa çağıran kimsələrdir.)
Kerbelayi Malik ağa:
Musanın (ə.s) qövmündən bir ümmət vardır. Haqqa hidayət edərlər (hidayətə ərdirərlər) və onunla (haqq ilə) ədalətlə hökm edərlər.
Ələsgər Musayev:
Musanın qoumundan ümmət – hidayət edir haqq ilə və onunla ədalətlidir.
A.Mehdiyev və D.Cəfərli:
Və Musanın qövmündə haqqa əsaslanaraq (və haqq danışmaqla və haqqa əməl etməklə insanları) hidayət edən və haqqa əsaslanaraq (öz danışıqlarında və əməllərində) ədalətli olan bir dəstə vardır.
Kövsər Tağıyev:
Musanın qövmündən (insanları) haqq ilə doğru yola yönəldən və onunla ədalətli davranan bir ümmət də var idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musanın tayfasından elə bir dəstə var idi ki, haqq yolunu tutmuş və bunda ədalətli olmuşlar.
Sabirə Dünyamalıyeva:
Musanın qövmündən də, haqqı göstərən, haqq və ədalətlə hökm edən bir başçıları olan bir dəstə var.