Hud Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar tutduqları əməllər puç olar.
Bünyadov-Məmmədəliyev:
Belələrinin axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar bütün əməlləri boşa çıxar!
Elmir Quliyev :
Они те, которые в Последней жизни не получат ничего, кроме Огня. Тщетны их усилия в этом мире, и бесполезны их деяния.
Ələddin Sultanov:
Onların axirətdə oddan başqa heç bir payı olmayacaqdır. (Bu dünyada) gördükləri işlər orada puç olacaq etdikləri əməllər boşa çıxacaqdır.
Kerbelayi Malik ağa:
Onlar üçün axirətdə atəşdən başqa bir şey yoxdur. Orada (dünyada) etdikləri puç oldu. Etdiyi əməlləri batildir.
Ələsgər Musayev:
Həmin onlar o kəslərdir ki, axirətdə oddan başqa payları yoxdur məhv olar orada etdikləri batil olar əməlləri.
A.Mehdiyev və D.Cəfərli:
Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç təsirsiz olacaqdır etdikləri əməllər (iman şərtinin çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən) boşa çıxacaqdır.
Kövsər Tağıyev:
Onlar elə kəslərdir ki, özləri üçün axirətdə atəşdən başqa bir şey yoxdur. (Dünyada) etdikləri şeylər orada puç olmuşdur. Etdikləri bütün əməllər boşdur.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər ki, onlar üçün axirətdə cəhənnəm odundan başqa bir şey olmayacaq, onların burada etdikləri boşa çıxacaq gördükləri işlər heç olacaqdır.
Sabirə Dünyamalıyeva:
Bax onlar üçün axirətdə atəşdən başqa bir şey yoxdur. Etdikləri işlər, işlədikləri əməllər orada boşa gedəcək. Etdikləri şeylər itib getməyə məhkumdur.