Əlixan Musayev:
Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (Allaha )(itaət etməyi) əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik.
Bünyadov-Məmmədəliyev:
Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.
Elmir Quliyev
:
Когда Мы хотели погубить какое-либо селение, то повелевали его изнеженным роскошью жителям покориться Аллаху. Когда же они предавались нечестию, то относительно него сбывалось Слово, и Мы уничтожали его полностью.
Ələddin Sultanov:
Bir məmləkəti məhv etmək istədiyimiz zaman oranın bolluq içində yaşayan başçılarına (yaxşı işlər görməyi) əmr edərik. Ancaq onlar orada pis işlər görərlər. Beləliklə, o məmləkət üçün əzab vacib olar və Biz də oranı yerlə yeksan edərik.
Kerbelayi Malik ağa:
Bir məmləkəti həlak etmək istədiyimiz zaman onun rifah içində olan böyük-başçılarına, zənginlərinə əmr etdik. Buna baxmayaraq orada fəsad çıxardılar. Beləcə (Allahın) sözü üzərlərinə haqq oldu. O məmləkəti həlak edərək yox etdik.
Ələsgər Musayev:
Onda ki, iradə edək
bir kəndi həlak etməyə, əmr edərik sərvətlilərinə orada və onlar
fisq edərlər orada və haqq olar üzərində onların söz və Biz
onu bütünlüklə məhv edərik.
A.Mehdiyev və D.Cəfərli:
Biz hər hansı bir cəmiyyəti (azğınlıqlarına görə) həlak etmək istəyəndə, onların böyüklərinə və əyyaşlarına (Qiyamətdə bəhanə gətirmələrinə yer qoymamaq üçün bir daha Allaha itaət etmələrini) əmr edərik (yaxud onların dünyadakı imkanlarını artırarıq). Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər (və digər təbəqələr də onlara tabe olarlar, yaxud onların günahlarına razı olarlar). Beləliklə Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik.
Kövsər Tağıyev:
Biz bir məmləkəti həlak etmək istədiyimiz zaman onun naz-nemət içində yaşayan lovğa başçılarına (itaət etməyi) əmr edərik, amma onlar orada fitnə-fəsad törətməklə məşğul olarlar. Beləliklə, o məmləkət haqqındakı hökmümüz gerçəkləşər, oranı yerlə yeksan edərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz hansı bir məmləkəti məhv etmək istəsək, onda onun naz- nemət içində yaşayan adamlarına (itaət) əmri verərik, onlar isə orada fəsad törədərlər, həmin məmləkət barəsindəki söz haqq olar və Biz onu yerlə-yeksan edərik.
Sabirə Dünyamalıyeva:
Və Biz, bir ölkəni dəyişikliyə/məhvə məruz qoymaq istədiyimiz zaman, oranın zəngin və güclü adamlarına, başbilənlərinə haqq yolda olmağı, haqq yolda rəhbərlik etməyi əmr edirik, ancaq onlar, bunun əksinə, haqq yoldan çıxırlar. Belə olan halda, o yer üçün Söz[#184] [vəd] həqiqətə çevrilir və Biz oranı kökündən darmadağın edirik.