Əlixan Musayev:
Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!
Bünyadov-Məmmədəliyev:
Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!
Elmir Quliyev
:
Пусть не отворачивает тебя от него тот, кто не верует в него и потакает своим желаниям, а не то ты погибнешь.
Ələddin Sultanov:
Ona (axirətə) inanmayan və nəfsinin arzularına uyan kimsə səni əsla (ona inanmaqdan) yayındırmasın! Yoxsa məhv olarsan!
Kerbelayi Malik ağa:
Elə isə ona (qiyamət saatına) inanmayanlar və həvəsinə (nəfsinin afətlərinə) tabe olanlar əsla səni ondan yayındırmasın. O təqdirdə sən də həlak olarsan.
Ələsgər Musayev:
Qoy
sənə sədd çəkməsin ondan kim ki, inanmır ona və tabedir öz
havayı nəfsinə, yoxsa məhv olarsan!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də, ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan (Qiyamətə inanmaqdan) yayındırmasın, ki, həlak olarsan.
Kövsər Tağıyev:
“Buna inanmayan və nəfsinin istəklərinə uyan kimsələr səni ondan (o gün üçün hazırlıq görməkdən) yayındırmasın, yoxsa sonra həlak olarsan!”
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy buna inanmayan və öz istəyinə uyan kəs səni bundan yayındırmasın və sən məhv olmayasan.
Sabirə Dünyamalıyeva:
O səbəbdən, qiyamətə inanmayan və öz boş, müvəqqəti arzusuna uyan kəs səni, qiyamətə iman etməkdən yayındırmasın; yoxsa dəyişikliyə/məhvə məruz qalarsan" xəbərdarlığına qulaq ver.