Əlixan Musayev:
Beləcə, Biz (Quranı) açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir.
Bünyadov-Məmmədəliyev:
Biz (Quranı) beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah dilədiyini doğru yola müvəffəq edər.
Elmir Quliyev
:
Таким образом Мы ниспослали его (Коран) в виде ясных аятов, и Аллах ведет прямым путем того, кого пожелает.
Ələddin Sultanov:
Beləcə, Biz onu açıq-aşkar ayələr halında nazil etdik. Şübhəsiz ki, Allah dilədiyi kimsəni doğru yola yönəldər.
Kerbelayi Malik ağa:
Beləcə Biz onu açıq-aşkar ayələr (halında) endirdik. Şübhəsiz ki, Allah dilədiyi kimsəni hidayətə ərdirər.
Ələsgər Musayev:
Belə nazil etdik onu aydın ayətlər kimi və həqiqətən
Allah hidayət edər kim istəsə.
A.Mehdiyev və D.Cəfərli:
Biz bu kitabı beləcə (bu ayələri nazil etdiyimiz kimi tovhid və dini təlimlərin) aydın dəlillər(i) olaraq nazil etdik və həqiqətən Allah istədiyini doğru yola yönəldir.
Kövsər Tağıyev:
Beləliklə, biz Qur`anı açıq-aydın ayələr halında nazil etdik. Şübhəsiz, Allah istədiyini doğru yola yönəldər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu [Quranı] beləcə aydın ayələr şəklində nazil etdik ki, Allah istədiyi kəsə düz yol göstərsin.
Sabirə Dünyamalıyeva:
Və Biz Quranı beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Və şübhəsiz ki, Allah, dilədiyi kəslərə/diləyən kəslərə yol göstərər.