Nur Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. (Allahım!) Sən pak müqəddəssən! Bu, çox böyük bir böhtandır!”– demədiniz?
Bünyadov-Məmmədəliyev:
Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” deməli deyildinizmi?
Elmir Quliyev :
Почему, когда вы услышали это, вы не сказали: "Нам не подобает говорить такое. Пречист Ты! А это великая клевета"?
Ələddin Sultanov:
Onu eşitdiyiniz zaman: “Bu barədə danışmaq bizə yaraşmaz. Sən pak müqəddəssən (Allahım! Bu ola bilməz!) Bu, böyük bir böhtandır!” - deməli deyildinizmi?
Kerbelayi Malik ağa:
Onu eşitdiyiniz zaman: ‘Bizim bunu danışmağımız olmaz (bizə yaraşmaz), Sən Sübhansan (Allahım Sənə sığınırıq). Bu böyük bir böhtandır.’ desəydiniz olmazdımı (deməniz lazım deyildimi)?
Ələsgər Musayev:
Əgər onda onu eşitdiniz, desəydiniz: «Yaraşmaz bizim üçün ki, bu sözləri danışaq. Sən Sübhansan! Bu, əzəmətli böhtandır».
A.Mehdiyev və D.Cəfərli:
üçün onu eşidən zaman «bunu (bu sözü) dilimizə gətirmək bizə yaraşmaz caiz deyil; paksan Sən (ey Allah), bu, böyük bir böhtandır» demədiniz?!
Kövsər Tağıyev:
Bu iftiranı eşitdiyiniz zaman: “Belə sözləri dilimizə gətirmək bizə yaraşmaz. Səni nöqsanlardan uzaq tuturuq, Allahım! Bu, çox böyük bir iftiradır”, desəydiniz olmazdımı?
M.Qənioğlu və T.Bilaloğlu:
Gərək deyildimi ki, siz bunu eşidəndə "Bizə onun barəsində danışmaq yaramaz. Sənə təriflər olsun! Bu, böyük böhtandır", - deyəydiniz?
Sabirə Dünyamalıyeva:
onu eşitdiyiniz zaman, "Bunu danışa-danışa durmaq bizə yaraşmaz. Sübhanəkə! Allahım sən paksan, bu, çox böyük bir böhtandır..." deməli deyildinizmi!