Əlixan Musayev:
Onlardan ötrü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü (və yerinə yetirilməsi) arzu olunan bir vəddir.
Bünyadov-Məmmədəliyev:
Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, (bəndələr tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi) istənilən bir vəddir. (Bəndələr öz yaxşı əməlləri müqabilində Allahın onlara Cənnət qismət etməsini diləmiş, Allah da onlara bu barədə verdiyi vədi yerinə yetirmişdir).
Elmir Quliyev
:
Там они получат все, что пожелают, и останутся навечно. Твой Господь взял на себя это испрошенное обещание.
Ələddin Sultanov:
Onlar üçün orada istədikləri hər şey vardır və onlar orada əbədi qalacaqlar. Bu, Rəbbinin öhdəsinə götürdüyü və Ondan istənilən bir vəddir.
Kerbelayi Malik ağa:
Onlar üçün orada dilədikləri hər şey əbədi olaraq vardır. (Bu), Rəbbinin üzərində olan və Ondan istənilən bir vəddir.
Ələsgər Musayev:
Onlar üçün orada nə istəsələr həmişəlikdir. Bu, Rəbbindən istənilən vəddir.
A.Mehdiyev və D.Cəfərli:
Onlar üçün orada əbədi qalacaqları halda (Cənnət nemətlərindən) istədikləri şey vardır. Bu iş, sənin Rəbbinin öhdəsində olan (və möminlər tərəfindən həm dil, həm də əməl ilə) istənilmiş bir vəddir.
Kövsər Tağıyev:
Əbədi olaraq qalacaqları o yerdə onlar üçün istədikləri hər şey var. Bu, Rəbbinin öz öhdəsinə götürdüyü, (yerinə yetirilməsi) istənilən bir vədidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların əbədi qalacaqları bu yerdə nə istəsələr vardır. Bu, sənin Rəbbindən dilənilən bir vəddir.
Sabirə Dünyamalıyeva:
Onlar üçün orada, istədikləri hər şey daimi olaraq var. -Bu, Rəbbinin yerinə yetirməyi Öz üzərinə götürdüyü bir vəddir.-