Əlixan Musayev:
Onlar (gecə namazını qılmaq üçün) böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.
Elmir Quliyev
:
Они отрывают свои бока от постелей , взывая к своему Господу со страхом и надеждой, и расходуют из того, чем Мы их наделили.
Ələddin Sultanov:
Onlar qorxu və ümid içində Rəbbinə dua etmək üçün yataqdan qalxar və onlara verdiyimiz ruzidən infaq edərlər.
Kerbelayi Malik ağa:
Yataqlarından qalxarlar. Rəblərinə qorxu və ümidlə dua edərlər. Onları ruzi verdiyimiz şeylərdən infaq edərlər.
Ələsgər Musayev:
Özlərini yatacaqdan kənara
çəkib, çağırırlar Rəblərini xoflanaraq və təmənna edərək. Və
nədən ki, onları ruziləndirmişik, infaq edirlər.
A.Mehdiyev və D.Cəfərli:
(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər.
Kövsər Tağıyev:
Onlar qorxaraq və ümid edərək Rəblərinə ibadət etmək üçün yataqlarından qalxarlar. Onlara ruzi olaraq verdiklərimizdən Allah üçün xərcləyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
(çox ibadət etdiklərinə görə) yataqlarından uzaq düşərək qorxu və ümidlə özlərinin Rəbbinə dua edir və Bizim verdiyimiz ruzidən sərf edirlər.
Sabirə Dünyamalıyeva:
Onların yanları, böyrü üstə yatdıqları yerlərdən uzaqlaşar; onlar kef etməzlər, onlar qorxu və ümid içində öz Rəbbinə dua edərlər və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyərlər/başda yaxınları olmaqla başqalarının ehtiyaclarını təmin edərlər.