Əhzab Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Əgər ölməkdən ya öldürülməkdən qaçırsınızsa, (bu) qaçmaq qətiyyən sizə xeyir gətirməz. Belə olduğu təqdirdə siz ancaq (əcəliniz çatana qədər) çox az bir müddət ərzində gün-güzəran görəcəksiniz”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Bu münafiqlərə) de: “Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza yazılmışsa, o da olacaq. Qaçsanız da, qaçmasanız da əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü dəyişdirmək olmaz!)
Elmir Quliyev :
Скажи: "Бегство не принесет вам пользы, если вы пытаетесь сбежать от смерти или гибели. В этом случае вы будете пользоваться благами лишь недолго".
Ələddin Sultanov:
De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz! (Döyüşdən qaçdığınız təqdirdə) siz yalnız az bir müddət (dünya nemətlərindən) istifadə edə biləcəksiniz.
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər ölümdən ya öldürülməkdən qaçsanız, qaçmağınız sizə bir fayda verməz. O zaman az bir müddət mətalanacaqsınız.’
Ələsgər Musayev:
De: «Mənfəət verməz sizə fərarilik, əgər fərarilik edəsiniz ölməkdən qətlə yetişməkdən. Onda ki, mətahlanarsınız ancaq az»
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər ölümdən, yaxud öldürülməkdən qaçırsınızsa, qaçmağınız əsla sizə heç bir fayda verməz. Belə olan surətdə (dünyada) yalnız az bir müddət keçinəcəksiniz, ya az bir bəhrə görəcəksiniz».
Kövsər Tağıyev:
De ki: “Əgər siz ölümdən öldürülməkdən qaçırsınızsa, qaçmaq sizə əsla xeyir verməyəcək. O təqdirdə belə, (həyatın zövqlərindən) çox az faydalandırılarsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər siz ölümdən ya qətldən qaçsanız, qaçmaq sizə heç bir fayda verməyəcəkdir. O zaman siz ancaq az bir müddət yaşadılarsınız."
Sabirə Dünyamalıyeva:
De ki: "Əgər ölməkdən ya öldürməkdən qaçırsınızsa, qaçmaq heç vaxt sizə kömək olmaz. o zaman sadəcə çox az bəhrələndiriləcəksiniz [çox az müddət dünyada dolanıb-keçinəcəksiniz]."