Mömin Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün (insanlar) (yer üzünə) çıxacaq onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün hökm kimə məxsusdur? Tək olan, (hər şeyə) Qalib Gələn Allaha!”
Bünyadov-Məmmədəliyev:
Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) “Bu gün hökm kimindir?” (Heç kəsin qımıldanmağa belə cürəti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!”
Elmir Quliyev :
В тот день, когда они появятся на поверхности земли после воскрешения, ничто о них не скроется от Аллаха. Кому же принадлежит власть сегодня? Аллаху, Единственному, Всемогущему.
Ələddin Sultanov:
O gün onlar (qəbirlərindən) çıxacaqlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. (O gün Allah buyuracaq:) “Bu gün hökmranlıq kimə məxsusdur? - Tək hər şeyə qalib gələn Allaha!”
Kerbelayi Malik ağa:
Onların aşkar olduğu gün! Onlardan (heç) bir şey Allahdan gizli qalmaz. O gün mülk kimindir? Tək Qəhhar olan Allahındır.
Ələsgər Musayev:
O gündə ki, onlar dayanacaqlar, məxfi deyil üzərində Allahın onlardan şey. Kim üçündür mülk o gün? Vahid, Qahir olan Allah üçün!
A.Mehdiyev və D.Cəfərli:
Onların (Məhşər səhnəsində hazır olanların) zahir aşkar olacaqları gün (ilə)! Allaha onların heç nəyi gizli qalmayacaqdır. (Və Allah tərəfindən deyiləcək:) Bu gün mülkiyyət hakimiyyət kimə məxsusdur? (Və belə cavab veriləcək:) Tək qüdrətli Allaha məxsusdur.
Kövsər Tağıyev:
O gün onlar ortaya çıxarlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. Bu gün mülk (hökmranlıq) kimindir? Tək olan, hər şeyi qüdrət hakimiyyəti altında tutan Allahındır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların (qəbirlərdən) çıxacaqları o günü onlar haqqında heç bir şey Allah üçün gizli olmayacaqdır. (Soruşarlar): "Bu gün hökm kimə məxsusdur?" "Vahid, (hər şeyə) qalib Allaha!" - deyərlər.
Sabirə Dünyamalıyeva:
O görüş günündə onlar meydana çıxacaqlar. Onların heç bir şeyi Allaha gizli qalmaz. -"Bu gün mülk kimindir?", "Ancaq bir qəhr edici olan Allahındır!"-