Əlixan Musayev:
Allahın dəvəti qəbul olunduqdan sonra Onun barəsində mübahisəyə girişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar (dünyada) qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Allahın dəvəti qəbul olunduqdan (iman gətirdikdən) sonra Onun barəsində (bizim kitabımız sizinkindən əvvəl nazil olmuşdur, bizim peyğəmbərimiz sizinkindən daha əfzəldir deyə) mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar (axirətdə) qəzəbə və şiddətli əzaba düçar olacaqlar!
Elmir Quliyev
:
Доводы тех, которые препираются относительно Аллаха после того, как Ему ответили верующие, бесполезны перед их Господом. На них падет гнев, и им уготованы тяжкие мучения.
Ələddin Sultanov:
Allahın dəvəti qəbul edildikdən sonra Onun barəsində mübahisə edənlərin dəlilləri Rəbbi yanında batildir. Onlar üçün (dünyada) qəzəb və (axirətdə) şiddətli bir əzab vardır.
Kerbelayi Malik ağa:
Onun (Allahın) dəvətini qəbul etdikdən sonra Allah barəsində mübahisə edənlərin dəlilləri Rəblərinin dərgahında batildir. Onların üzərində (Allahın) qəzəbi və şiddətli əzabı vardır.
Ələsgər Musayev:
O kəslər ki, hüccət edirlər Allah barəsində ondan sonra ki,
cavab verildi onun üçün, hüccəti onların daha azdır yanında
Rəblərinin və üzərində onların qəzəb var və onlar üçündür
şiddətli əzab!
A.Mehdiyev və D.Cəfərli:
Allahın dəvəti (fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən) qəbul olunduqdan sonra Onun (tovhid və rübubiyyəti) barəsində höcətləşərək mübahisə edənlərin dəlilləri Rəbblərinin yanında puç və batildir. Onlar üçün (Allahdan) bir qəzəb və şiddətli bir əzab olacaqdır.
Kövsər Tağıyev:
Allahın dəvəti qəbul olunduqdan sonra Onun haqqında mübahisə edənlərin dəlilləri Rəbləri qatında batildir. Onlara qəzəb var. Onlar üçün şiddətli bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Ona [haqq dəvətinə] cavab verildikdən sonra Allah barəsində mübahisə edənlərin dəlilləri öz Rəbbi dərgahında batildir. Onlara qəzəb və şiddətli əzab vardır.
Sabirə Dünyamalıyeva:
Və özünə qarşılıq verildikdən sonra Allah haqqında mübahisə edənlər. Onların dəlilləri Rəbbi qatında ləğv edilmişdir. Və onların üzərində bir qəzəb vardır, çətin əzab da onlar üçündür.