Əlixan Musayev:
Biz İsrail oğullarına Kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət (Tövratda olmayan hökmlər, yaxud mübahisəli məsələləri ədalətlə həll etmək bacarığı) və peyğəmbərlik əta etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərə (zəmanələrindəki bəşər övladına) üstün etmişdik.
Elmir Quliyev
:
Мы уже даровали сынам Исраила (Израиля) Писание, власть и пророчество, наделили их благами и предпочли их мирам.
Ələddin Sultanov:
Həqiqətən, Biz İsrail oğullarına Kitab, hökm və peyğəmbərlik verdik. Onlara yaxşı nemətlərdən ruzi verdik və onları aləmlərdən (digər insanlardan) üstün etdik.
Kerbelayi Malik ağa:
And olsun ki, İsrail oğullarına kitab, hökm və peyğəmbərlik verdik. Onlara pak nemətlərdən ruzi verdik. Onları aləmlərə üstün etdik.
Ələsgər Musayev:
Əlbəttə, Biz əta etdik Israil oğullarına kitabı
və hikməti və nəbiliyi və ruzi verdik onlara pak ruzilərdən və
fəzilətli etdik onları üzərində aləmlərin.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz İsrail övladlarına kitab (Tövrat, İncil, Zəbur və səhifələri), hökm (hikmət, hökm çıxarmaq və hakimiyyət) və peyğəmbərlik verdik, onlara (bildirçin əti, qüvvət halvası və göydən göndərilmiş süfrə kimi) pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik.
Kövsər Tağıyev:
And olsun, biz İsrail oğullarına kitab, hökmranlıq və peyğəmbərlik verdik. Onları gözəl və təmiz qidalarla ruziləndirdik və onları (öz dövrlərində) aləmlərdən üstün tutduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz İsrail övladlarına Kitab, hökm və peyğəmbərlik bəxş etmişdik, onlara təmiz nemətlərdən ruzi vermişdik və onları aləmlər üzərində üstün etmişdik.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz İsrail oğullarına kitab, hökm; qanun və peyğəmbərlik verdik. Və onlara təmiz, xoş olan nemətlərdən ruzi verdik. Və onları aləmlərə üstün etdik.