Əhqaf Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu onlara verilmiş doğru vəddir.
Bünyadov-Məmmədəliyev:
Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir!
Elmir Quliyev :
Они являются теми из обитателей Рая, от которых Мы принимаем наилучшее из того, что они совершили, и которым Мы прощаем их злодеяния согласно истинному обещанию, которое им было дано.
Ələddin Sultanov:
Etdikləri yaxşı əməllərini qəbul edəcəyimiz günahlarını bağışlayacağımız bu kimsələr cənnət əhli arasında olacaqlar. Bu, onlara verilmiş haqq bir vəddir.
Kerbelayi Malik ağa:
Onların etdiklərini ən gözəl şəkildə qəbul edərik (1-ə 700-ə qədər dərəcə verərik). Onların günahlarından keçərik (örtərik, savaba çevirərək). Onlar cənnət əhli arasındadırlar. Onların vəd olunduqları gerçək bir vəddir.
Ələsgər Musayev:
Həmin onlar o kəslərdir ki, Biz onların yaxşı əməllərini qəbul edib pis əməllərinin üstünü örtərik əshabında cənnətin. Bu, o doğru vədədir ki, vəd olunmuşdu onlara.
A.Mehdiyev və D.Cəfərli:
Onlar çox yaxşı əməllərini qəbul etdiyimiz verilmiş doğru vədə əsasən Cənnət əhli zümrəsində günahlarından keçdiyimiz kəslərdir.
Kövsər Tağıyev:
Etdikləri əməllərin yaxşısını qəbul edəcəyimiz günahlarını bağışlayacağımız bu kimsələr cənnətliklər arasındadırlar. Bu, onlara verilən doğru bir vəddir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar o kəslərdir ki, Biz onların etdikləri əməllərin ən yaxşısını qəbul edər, pislərindən keçərik. Onlar özlərinə vəd olunmuş haqq vədə görə cənnət əhli içərisində olarlar.
Sabirə Dünyamalıyeva:
Müdrikləşmiş, şüurlanmış bu kəslər, onlara vəd olunan doğru vədin [yerinə yetirilməsi] üçün özlərinə haqsızlıq edilmədən Allah tərəfindən əməllərinin əvəzinin tam ödənməsi üçün, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz cənnət əhli arasında pisliklərdən hifz edəcəyimiz kəslərdir.