Fəth Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı (döyüşməyə) çağırılacaqsınız. Siz ya onlarla döyüşəcək­­siniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”.
Bünyadov-Məmmədəliyev:
(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: “Siz (bir müddətdən sonra) çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz çevirsəniz, (Allah) sizə ağrılı-acılı bir əzab verər”.
Elmir Quliyev :
Скажи бедуинам, оставшимся позади: "Вас еще призовут воевать против людей, обладающих суровой мощью. Вы сразитесь с ними, или же они обратятся в ислам. Если вы подчинитесь, то Аллах дарует вам прекрасную награду. Если же вы отвернетесь, как отвернулись прежде, то Аллах причинит вам мучительные страдания".
Ələddin Sultanov:
(Səfərə çıxmayıb) arxada qalan bədəvi ərəblərə de: “Siz çox qüvvətli bir qövm (farslar ya romalılar) ilə döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar təslim olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verəcəkdir. Əgər daha əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, O sizə acı bir əzab verəcəkdir”.
Kerbelayi Malik ağa:
Bədəvi Ərəblərdən (döyüşdən) geridə qalanlara de ki: ‘Qüvvətli bir qövmlə döyüşməyə çağırılacaqsınız. Ya onları öldürərsiniz ya da onlar təslim olarlar. Bundan sonra əgər (Allaha) itaət etsəniz, Allah sizə əhsən mükafat verər. Əgər daha əvvəl döndüyünüz kimi dönsəniz, sizə ağrılı-acılı bir əzabla əzab edər.’
Ələsgər Musayev:
De ətrafda olanlardan müxaliflərə: «Siz çağırılacaqsız tərəfinə qoumun ki, şiddətlidir basqıda. Siz onlarla döyüşəcəksiz, ya onlar təslim olacaqlar. Əgər itaətkar olsanız, onda Allah sizə yaxşı mükafat verər. Əgər üz çevirəsiz, qədər qabaqca üz çevirmişdiniz, onda O sizi əzab edər ələmli əzabla».
A.Mehdiyev və D.Cəfərli:
Bədəvilərdən (sizinlə getməyib) yerdə qalanlara de: «Tezliklə möhkəm cəngavər insanlara (onlarla mübarizəyə) tərəf çağırılacaqsınız ki, onlarla vuruşasınız, ya da onlar İslamı qəbul etsinlər. Beləliklə əgər itaət etsəniz Allah sizə gözəl mükafat verəcəkdir. Əgər bundan əvvəl üz döndərdiyiniz kimi (yenə) üz döndərsəniz sizə ağrılı bir əzab verəcəkdir.»
Kövsər Tağıyev:
(Savaşdan) geri qalan bədəvilərə de ki: “Siz güclü qüvvətli bir qövmə qarşı təslim olana qədər savaşmağa çağırılacaqsınız. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Lakin daha əvvəl döndüyünüz kimi yenə dönsəniz, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Arxada qalan bədəvi ərəblərə de: "Siz böyük gücə malik adamların üzərinə getməyə [döyüşə] çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar müsəlman olacaqlar. Əgər siz (əmrə) itaət etsəniz, Allah gözəl bir mükafat verər. Əgər əvvəllər üz döndəndiyiniz kimi üz döndərsəniz, O, sizə üzücü bir əzab verər."
Sabirə Dünyamalıyeva:
Bədəvi ərəblərdən, geridə qoyulanlara de ki: "Siz tezliklə çox güclü bir qövmə qarşı çağırılacaqsınız, onlarla vuruşacaqsınız, yaxud onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Amma əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, sizə ağrılı-acılı bir əzab verər."