Hədid Surəsi 16. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Möminlərin qəlbinin Allahın zikri haqdan nazil olan (ayələr) üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?
Bünyadov-Məmmədəliyev:
İman gətirənlərin qəlblərinin Allahın zikri haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu (Allaha asi olan) fasiqlərdir!
Elmir Quliyev :
Разве не пришло время для того, чтобы сердца верующих смирились при упоминании Аллаха и того, что ниспослано из истины, и чтобы не уподоблялись они тем, которым Писание было даровано прежде, чьи сердца почерствели по прошествии долгого времени и многие из которых являются нечестивцами?
Ələddin Sultanov:
İman gətirənlərin Allahı anma Ondan nazil olan (Quran) səbəbilə qəlblərinin ürpərmə vaxtı gəlib çatmadımı?! Onlar da daha əvvəl kitab verilənlər kimi olmasınlar! Onların (peyğəmbərlərinin göndərilməsinin) üzərindən uzun bir vaxt keçmiş, buna görə qəlbləri sərtləşmişdir. Onların bir çoxu doğru yoldan çıxmış kimsələrdir.
Kerbelayi Malik ağa:
Allahın zikri ilə Haqqdan enən şeylə (Allahın nurları ilə) amənu olanların qəlblərinin huşu duymaq (yumşalmaq) zamanı gəlmədimi? Özlərinə daha əvvəl kitab verilib beləcə üzərindən uzun zaman keçdikdən sonra, artıq (zikri unutduqları üçün) qəlbləri sərtləşmiş kəslər kimi olmasınlar. Onlardan çoxu fasiqlərdir.
Ələsgər Musayev:
Ə, o kəslər üçün ki, inandılar, hələ vaxtları yetişməyib ki, qəlbləri Allahın yad edilməyindən çəkinən ola ki, Haqdan nazil olana? O kəslər kimi olmasınlar ki, qabaqcadan onlara kitab verildi, bir müddət keçəndən sonra ürəkləri bərkidi. Onlardan əksəriyyəti fasiqlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!
Kövsər Tağıyev:
İman edənlərin Allahı zikr etmək enən haqq səbəbi ilə qəlblərinin ehtiramla ürpərməsinin vaxtı gəlmədimi? Daha əvvəl özlərinə kitab verilib, üstündən uzun zaman keçən, beləliklə, qəlbləri qatılaşanlar kimi olmasınlar. Onlardan bir çoxu fasiq kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlərin ürəklərinin Allahı haqdan nazil ediləni [Quranı] zikr etmək üçün yumşalması, öncədən kitab verilmiş vaxt keçdikcə ürəkləri sərtləşmiş kəslər kimi olmamaları vaxtı gəlib çatmayıbmı? Onların çoxu yolu azmışdır.
Sabirə Dünyamalıyeva:
İnananlar üçün hələ vaxtı gəlib çatmadımı ki, qəlbləri Allahı xatırlamaq haqdan nazil olan [şey] üçün ürpərsin, [beləliklə] daha əvvəl Kitab verilmiş, sonra üstündən uzun müddət keçmiş, bu səbəbdən qəlbləri sərtləşmiş kəslər kimi olmasınlar. Onların çoxu da yoldan çıxmışdır.