Əlixan Musayev:
(Münafiqlər) şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir. (İnsan) kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyir.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı aldatmasına) bənzəyir. O, insana: “Kafir ol !” – deyər. (İnsan) kafir olan kimi (Şeytan onu qoyub qaçaraq): “Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyər.
Elmir Quliyev
:
Они подобны дьяволу, который говорит человеку: "Не веруй!" Когда же тот становится неверующим, он говорит: "Я не причастен к тебе! Я боюсь Аллаха, Господа миров".
Ələddin Sultanov:
Onlar (münafiqlər) şeytan kimidirlər. Belə ki, o, insana: “(Haqqı) inkar et!” - deyər. İnsan inkar etdiyi zaman isə şeytan: “Mən səndən uzağam. Şübhəsiz ki, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” - deyər.
Kerbelayi Malik ağa:
(Münafiqlərin vəziyyəti) şeytanın vəziyyəti kimidir. İnsana: ‘İnkar et (kafir ol).’ demişdi. Lakin, inkar etdiyi zaman: ‘Şübhəsiz ki, mən səndən uzağam, əlbəttə mən, aləmlərin Rəbbi Allahdan qorxaram.’ dedi.
Ələsgər Musayev:
Məsəli şeytan kimidir. Onda dedi
insana: «Kafir ol!» Amma elə ki, kafir oldu, dedi: «Mən səndən
uzağam. Mən xoflanıram Allahdan – aləmlərin Rəbbindən!»
A.Mehdiyev və D.Cəfərli:
(Münafiqlərin aldatması) Şeytana (onun aldatmasına) bənzəyir. O insana: «Kafir ol!» – dedi və elə ki, (insan) kafir oldu, dedi: «Doğrusu, mən səndən uzağam, həqiqətən, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!».
Kövsər Tağıyev:
Münafiqlərin halı isə eynilə şeytanın halı kimidir. Çünki şeytan insana: “İnkar et”, – deyər, insan inkar etdikdə isə: “Şübhəsiz, mən səndən uzağam. Çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”, – deyər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar şeytana bənzərlər; çünki şeytan insana: "Kafir ol!“ - dedi. Kafir olmuş insana isə (axirətdə): "Mənə dəxlin yoxdur. Mən aləmlərin Rəbbi Allahdan qorxuram!" - deyər.
Sabirə Dünyamalıyeva:
Onların öz aralarındakı çəkişmələr, özlərindən bir az əvvəl əməllərinin günahını dadan, axirətdə də acı bir əzab gözləyən kəslərin vəziyyəti kimi çox çətindir.