Əlixan Musayev:
Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.
Bünyadov-Məmmədəliyev:
(Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik ki,
Elmir Quliyev
:
Если бы они устояли на прямом пути, то Мы напоили бы их водой вволю,
Ələddin Sultanov:
Əgər onlar (cinlər) doğru yolda getsəydilər, Biz onlara bol-bol su verərdik ki,
Kerbelayi Malik ağa:
Əgər onlar təriqət üzərə (Allaha) yönəlsəydilər, onları mütləq bol su (rəhmət) ilə sulardıq (bol-bol rəhmət göndərərdik) ki,
Ələsgər Musayev:
Əgər istiqamətli olub, yolun üzərində düz dayansaydılar, Biz onları içirdib doydurardıq gur yağış suyu ilə,
A.Mehdiyev və D.Cəfərli:
«(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki,
Kövsər Tağıyev:
Yenə de ki: “Mənə həmçinin belə vəhy edildi: “Əgər yolda doğru olsalar, mütləq onlara bol yağmur yağdırarıq ki,
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar [insanlar və cinlər] düz yolla getməkdə davam etsəydilər, Biz onlara bol-bol su verərdik ki,
Sabirə Dünyamalıyeva:
Və əgər onlar həqiqətən o yolda dümdüz getsəydi, əlbəttə onlara, özlərini saflaşdırmaq üçün bol su verərdik.