Bəqərə Surəsi 160. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yalnız tövbə edənlər (əməllərini) islah edənlər (haqqı) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!
Bünyadov-Məmmədəliyev:
Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
Elmir Quliyev :
за исключением тех, которые раскаялись, исправили содеянное и стали разъяснять истину. Я приму их покаяния, ибо Я Принимающий покаяния, Милосердный.
Ələddin Sultanov:
Ancaq tövbə edib özlərini islah edənlər (haqqı) bəyan edənlər bundan istisnadır. Çünki onların tövbələrini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
Kerbelayi Malik ağa:
Tövbə edənlər, islah olanlar (nəfsini islah edənlər) bəyan edənlər (açıqlayanlar) istisna olmaqla (onlara lənət olunmaz). O təqdirdə, onların tövbələrini qəbul edərəm. Mən tövbələri qəbul edən, rəhmliyəm.
Ələsgər Musayev:
Ancaq o kəslər ki, tövbə etdilər islah oldular bəyan etdilər həmin onlardır ki, Tövbə edirəm Mən üzərinə onlarınMən TəvvabamRəhiməm!
A.Mehdiyev və D.Cəfərli:
Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm əlbəttə ki, tövbələri çox qəbul edən mehriban Mənəm.
Kövsər Tağıyev:
Ancaq tövbə edib (özlərini) islah edənlər həqiqəti açıq-aydın bəyan edənlər (lənətlənməkdən) qurtularlar. Çünki mən onların tövbələrini qəbul edərəm. Mən tövbələri çox qəbul edənəm, çox mərhəmət göstərənəm.
M.Qənioğlu və T.Bilaloğlu:
Tövbə edərək yararlı işlər görən (həqiqəti) aşkar edənləri isə əfv edirəm. Mən ki, tövbəni qəbul edənəm, rəhmliyəm.
Sabirə Dünyamalıyeva:
Ancaq günahdan qayıdanlar sahmana salanlar açıq dəlilləri doğru yol bələdçisini açıqca meydana qoyanlar fərqlidir. Bax, onlar ki var, Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri çox qəbul edən, tövbə etməyə çox fürsət verən, çox rəhm edənəm.