Ənam Surəsi 160. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.
Bünyadov-Məmmədəliyev:
Kim yaxşı bir görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.
Elmir Quliyev :
Кто явится с добрым деянием, тот получит десятикратное воздаяние. А кто явится со злым деянием, тот получит только соответствующее воздаяние, и с ними не поступят несправедливо.
Ələddin Sultanov:
Kim (Allahın hüzuruna) yaxşı bir əməllə gələrsə, onun üçün on qat (mükafat) vardır. Kim pis bir əməllə gələrsə, ona ancaq o əməlin eynisi qədər cəza verilər. Onlara heç bir haqsızlıq edilməz.
Kerbelayi Malik ağa:
Kim (Allahın hüzuruna) bir həsənə (gözəllik, xeyir) ilə gələrsə, artıq onun on misli onundur. Kim bir günah (şər) ilə gələrsə, o zaman onun mislindən başqası ilə cəzalandırılmaz. Onlara zülm olunmaz.
Ələsgər Musayev:
Həqiqətən, sən o kəslərdən deyilsən ki, dinlərini firqələrə bölüb oldular şiələr. Onların işi Allaha qalıbdır. Sonra xəbər verəcək onlara ilə ki, oldular fəaliyyətlilər.
A.Mehdiyev və D.Cəfərli:
Kim yaxşı bir görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur). kim pis bir görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır (onların savabları azaldılacaq cəzaları artırılacaqdır).
Kövsər Tağıyev:
Kim bir yaxşılıq edərsə, ona on qatı var. Kim bir pislik edərsə, o da yalnız o pisliyin misli ilə cəzalandırılar onlara zülm edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim yaxşı tutubsa, bu ona on qat artırılar, kim pis tutubsa, o, yalnız buna bənzəri ilə cəzalanar. Onlara zülm edilməz.
Sabirə Dünyamalıyeva:
Kim yaxşı əməl gətirsə, artıq ona gətirdiyinin on misli var. Kim pis əməl gətirsə, artıq o, yalnız o əməlin misli qədər cəza alacaq onlara haqsızlıq edilməyəcək.