Ali-İmran Surəsi 162. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora pis qayıdış yeridir!
Bünyadov-Məmmədəliyev:
Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə pisdir!
Elmir Quliyev :
Разве тот, кто последовал за довольством Аллаха, подобен тому, кто привел в ярость Аллаха и чьим пристанищем будет Геенна?! Как же скверно это место прибытия!
Ələddin Sultanov:
Allahın rizasını qazanmaq istəyən kəs, Allahın qəzəbinə düçar olan kəs kimi ola bilərmi?! Onun (qəzəbə düçar olanın) yeri cəhənnəmdir. Ora necə pis bir yerdir!
Kerbelayi Malik ağa:
Artıq Allahın rizasına tabe olan kimsə Allahın qəzəbinə uğramış sığınacağı yer cəhənnəm olan kimsə kimidirmi? O, pis dönüş yeridir.
Ələsgər Musayev:
Ə, kim ki, Allahın razılığına tabe olub, o kəs kimidir ki, baisdir qəzəb ilə Allahdan? Onun sığınacağı yer cəhənnəmdir pis qayıdışdır!
A.Mehdiyev və D.Cəfərli:
Bel? is?, hec Allah?n raz?l?g?na tabe olan s?xs, (haqqa) Allah?n q?z?bi il? qay?tm?s v? yeri C?h?nn?m olan s?xs kimidir?! Ora cox pis bir donus yeridir.
Kövsər Tağıyev:
Allahın rizasına tabe olan kimsə Allahın qəzəbinə düçar olan varacağı yer cəhənnəm olan kimi olarmı? O pis mənzildir!
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər Allahın razılığını (qazanan işin) ardınca gedən - Allahın qəzəbinə düçar olan kəs kimi olar? Onun yeri cəhənnəmdir. Bu dönüş yeri necə pisdir!
Sabirə Dünyamalıyeva:
Yaxşı, Allahın rizasına tabe olan kəs, Allahın qəzəbinə düçar olan gedəcəyi yer cəhənnəm olan kəs kimi ola bilərmi? O, necə pis bir dönüş yeridir!