Bəqərə Surəsi 163. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.
Elmir Quliyev :
Ваш Бог Бог Единственный. Нет божества , кроме Него, Милостивого, Милосердного.
Ələddin Sultanov:
Sizin ilahınız tək olan ilahdır. Ondan başqa heç bir ilah yoxdur. O, Rəhmandır, Rəhimdir!
Kerbelayi Malik ağa:
Sizin ilahınız tək bir ilahdır. Ondan başqa ilah yoxdur. O Rəhmandır, Rəhimdir.
Ələsgər Musayev:
Ilahiniz sizin ilahidir Vahid. Yoxdur ilahiancaq Odur RəhmandırRəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sizin tanrınız tək olan Allahdır, (ibadət edilməyə layiq) Ondan başqa bir tanrı yoxdur. O, bağışlayan mehribandır.
Kövsər Tağıyev:
Sizin ilahınız tək bir ilahdır. Ondan başqa ilah yoxdur. O, Rəhmandır, Rəhimdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Tanrınız vahid Allahdır. Ondan başqa tanrı yoxdur. O mərhəmətlidir, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
sizin məbudunuz tək bir məbuddur. Ondan başqa məbud deyə bir şey yoxdur. O, yaratdığı bütün canlılara dünyada çox mərhəmət edəndir, geniş mərhəmət sahibidir.