Əraf Surəsi 163. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (üçün qoyulmuş qadağanı) pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq.
Bünyadov-Məmmədəliyev:
(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik.
Elmir Quliyev :
Спроси их о селении на берегу моря. Они нарушили субботу, поскольку рыбы приплывали к ним открыто по субботам и не приплывали в не субботние дни. Так Мы подвергли их испытанию за то, что они отказались повиноваться.
Ələddin Sultanov:
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik. (Allah-Təala İsrail oğullarına şənbə günü ov etməyi qadağan etmiş bu günə hörmət göstərmələrini istəmişdi. Bunun nəticəsində balıqlar o gün su üzünə çıxır sərbəst şəkildə üzürdülər. Digər günlərdə isə balıqlar su üzünə çıxmırdı. Bu, Allahın bir imtahanı idi. Ancaq yəhudilər o günə hörmət göstərməyərək o gündə ova çıxdılar bu sınaqdan keçə bilmədilər.)
Kerbelayi Malik ağa:
Onlardan (bir zamanlar) dəniz kənarında olan qəsəbə barəsində soruş. Balıqlar şənbə günlərində axın-axın gəldiyi zaman, (o gün) şənbə günündə həddi aşırdılar (qadağanı pozurdular). Şənbədən başqa günlərdə onlara (balıqlar) gəlmirdi. Fisqə düşmüş olduqlarına görə onları beləcə imtahan edirdik.
Ələsgər Musayev:
Onlardan o dənizə yaxın kənd haqqında sual et. Onda ki, həddi aşdılar altıda. Onda ki, altıncı gün balıqlar aşkar olaraq suyun üzünə gəlirdilər altıncı gündən başqa isə gəlmirdilər. Beləcə onları imtahan edirdik ilə ki, oldular fasiqlər.
A.Mehdiyev və D.Cəfərli:
onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Onlardan dəniz sahilində yerləşən şəhər əhalisinin halını soruş. Bir zaman onlar şənbə (qadağası) barəsində həddi aşırdılar. Çünki tətil etdikləri şənbə günü balıqlar onlara sürü-sürü gəlir, tətil etmədikləri (digər) günlərdə isə gəlmirdilər. Yoldan çıxmaları səbəbi ilə onları məhz belə imtahan edirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onlardan dəniz sahilindəki kənd barəsində soruş. O zaman şənbə günü onlar həddi aşmışdılar. Şənbə günləri balıqları suyun üzərində dəstələrlə gəlirdilər, şənbədən başqa günlərdə isə onların yanına gəlmirdilər. Biz onları etdikləri azğınlığa görə beləcə sınayırdıq!
Sabirə Dünyamalıyeva:
onlardan, dəniz kənarındakı o şəhəri soruş. O əsnada onlar, bəndəliyə, yaxşı-yaxşı fikirləşməyə məxsus edilən gündə həddi aşırdılar. Bəndəliyə, yaxşı-yaxşı fikirləşməyə məxsus edilən gündə həddən artıq sıxılırdılar, digər günlərdə isə çox sevincliydilər. Doğru yoldan çıxdıqları üçün Biz onlara bax belə bəla veririk.