Bəqərə Surəsi 164. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən də, göylərin yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, göylərin yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət qüdrətinə dəlalət edən) əlamətlər vardır.
Elmir Quliyev :
Воистину, в сотворении небес и земли, в смене ночи и дня, в кораблях, которые плывут по морю с тем, что приносит пользу людям, в воде, которую Аллах ниспослал с неба и посредством которой Он оживил мертвую землю и расселил на ней всевозможных животных, в смене ветров, в облаке, подчиненном между небом и землей, заключены знамения для людей разумеющих.
Ələddin Sultanov:
Şübhəsiz ki, göylərin yerin yaradılmasında, gecə gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını birliyini göstərən) dəlillər vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, göylərin yerin yaradılışında, gecə gündüzün bir-birinin ardınca gəlməsində, insanlara fayda verərək dənizdə üzən gəmilərdə, Onun (Allahın) göydən su endirib beləcə onunla ölümündən sonra yer üzünü diriltməsində, orada bütün heyvanlardan yaymasında, küləklərin (dəyişik istiqamətlərdən) əsməsində yerlə göy arasında əmrə tabe edilmiş buludlarda ağıl işlədən qövm üçün mütləq ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
Həqiqətən, xəlq olunmasında səmaların ərzin dəyişməsində gecə gündüzün gəmidə, hansı kiüzür dəryada ilə ki, mənfəətlidir insanlara ki, nazil edir Allah səmadan su diri etməsində onunla ərzi ölümündən sonra onda külli canlılardan qaldırmasında sərfində küləklərin buludun tabeliyi arasında səmanın ərzin - ayətlər var əql edən qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, göylərin yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanların xeyrinə olaraq dənizdə hərəkət edən gəmilərdə, Allahın səmadan nazil etdiyi vasitəsilə yeri ölümündən sonra diriltdiyi müxtəlif növdən olan canlıları onun (yerin) hər tərəfinə yaydığı suda, küləklərin (bir tərəfdən başqa bir tərəfə) əsdirilməsində göylə yer arasında təslim halda olan buludda (bu yeddi şeyin hər birində) düşünən qövm üçün (Allahın tovhid, qüdrət hikməti barəsində) nişanələr vardır.
Kövsər Tağıyev:
Şübhəsiz ki, göylərin yerin yaradılmasında, gecə ilə gündüzün bir-biri ardınca gəlməsində, insanlara fayda verəcək şeyləri daşıyaraq dənizdə üzən gəmilərdə, Allahın səmadan endirib ölmüş torpağı diriltdiyi yağışda, hər növ canlını yer üzünə yaymasında, küləkləri göylə yer arasındakı əmrə amadə buludların (bir tərəfdən başqa tərəfə) yönləndirilməsində, əlbəttə, düşünən bir qövm üçün dəlillər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən göylərin yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə dənizdə üzən gəmidə, Allahın göydən endirdiyi torpağı ölümdən sonra cana gətirdiyi suda, orada hər cür heyvanatı yaymasında, küləkləri yerlə göy arasında (Allahın əmrinə) tabe buludları (müxtəlif səmtlərə) hərəkətə gətirməsində əql sahibləri üçün dəlillər vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, göylərin yerin əmələ gətirilməsində, gecə gündüzün bir-birinin ardınca gəlməsində, insanlar üçün mənfəətli olan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirib onunla yer üzünü öldükdən sonra diriltməsində, hərəkət edən müxtəlif növ canlıları yer üzünə yaymasında, küləklərin [bir səmtdən başqa səmtə] döndərilməsində, göylə yer arasında əmrə hazır gözləyən buluda, şübhəsiz ağlını işlədən bir qövm üçün həqiqətən işarətlər/nişanələr var.