Əraf Surəsi 164. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (pisəməllərdən) çəkinsinlər!”
Bünyadov-Məmmədəliyev:
Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından) bir dəstə: “Allahın məhv edəcəyi ya şiddətli əzab verəcəyi bir tayfaya üçün öyüd–nəsihət verirsiniz?” dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: “(İnsanları yaxşı işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb) pis əməllərdən çəkinsinlər!” dedilər.
Elmir Quliyev :
Вот некоторые из них сказали: "Зачем вам увещевать людей, которых Аллах погубит или подвергнет тяжким мучениям?" Они сказали: "Чтобы оправдаться перед вашим Господом. Быть может, они устрашатся".
Ələddin Sultanov:
O zaman onlardan bir qrup demişdi: “Allahın məhv edəcəyi, yaxud şiddətli bir əzab verəcəyi bir qövmə üçün nəsihət verirsiniz?” Onlar da: “Rəbbinizə üzrxahlıq etmək üçün onlar (pis əməllərdən) çəkinərlər ümidi ilə (nəsihət veririk)”, - dedilər.
Kerbelayi Malik ağa:
Onlardan bir ümmət: ‘Allahın həlak edəcəyi (yox edəcəyi) ya şiddətli bir əzabla əzab edəcəyi bir qövmə üçün öyüd-nəsihət verirsiniz?’ dedikləri zaman belə dedilər: ‘Rəbbinizə bir üzr olsun (Rəbbimiz bizdən razı olsun) bəlkə təqva sahibi olarlar.’ deyə.
Ələsgər Musayev:
Onda onlardan bir ümmət dedi: «Allah həlak edəcəyi ya şiddətli əzabla əzab edəcəyi qouma üçün öyüdnəsihət verirsiniz?» Dedilər: «Məzirət tərəfinə Rəbbinizin, ola ki, onlar müttəqi olalar!»
A.Mehdiyev və D.Cəfərli:
o zaman onlardan bir dəstə (digərlərini çəkindirən dəstəyə) dedi: «Nə üçün Allahın mütləq həlak edəcəyi ya şiddətli əzab verəcəyi bir qövmə öyüd-nəsihət verirsiniz?» Dedilər: «Rəbbinizin dərgahında üzrümüzün olması üçün bəlkə onlar çəkindilər deyə!». (Deməli Musanın qövmü üç dəstədən - günahkarlar, onları çəkindirənlər sükut edənlərdən ibarət idi.)
Kövsər Tağıyev:
Onlardan bir dəstə demişdi ki: “Siz Allahın həlak edəcəyi ya şiddətli bir əzaba düçar edəcəyi bir qövmə üçün (boş yerə) öyüd-nəsihət verirsiniz?” Onlar da: “Rəbbinizə bir üzrxahlıq bildirmək üçün, bir bəlkə Allaha qarşı gəlməkdən çəkinərlər deyə (öyüd-nəsihət veririk)”, demişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onlardan bir dəstə dedi: "Allahın məhv edəcəyi şiddətli əzaba düçar edəcəyi adamlara üçün nəsihət edirsiniz?" Onlar [nəsihət verənlər] dedilər: "Bu, sizin Rəbbiniz yanında üzrxahlıq etmək üçündür ki, bəlkə onlar Allahdan qorxalar".
Sabirə Dünyamalıyeva:
o zaman onların içindən bir dəstə; başçısı olan bir qrup, "Allahın dəyişikliyə/məhvə məruz qoyacağı ya şiddətli bir əzabla əzab verəcəyi bir tayfaya üçün öyüd verirsiniz?" dedikdə, o xəbərdarlıq edənlər dedilər ki: "Rəbbiniz qarşısında bir üzrümüz olsun, bunlar da Allahın mühafizəsi altına daxil olsunlar deyə."