Ali-İmran Surəsi 165. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz (onların başına) ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: “Bu haradan gəldi?” dediniz. (Ya Rəsulum!) Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!
Elmir Quliyev :
Когда несчастье постигло вас после того, как вы причинили вдвое большее несчастье , вы сказали: "Откуда все это?" Скажи: "От вас самих". Воистину, Аллах способен на всё.
Ələddin Sultanov:
(Bədr döyüşündə düşmənin başına) ikiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd döyüşündə) bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir. (Bədr döyüşündə müsəlmanlar müşriklərdən yetmiş nəfəri öldürüb yetmiş nəfəri əsir götürmüşdülər. Ühüd döyüşündə isə müsəlmanlardan yetmiş nəfər şəhid olmuşdu. Ayədəki müsibət ifadəsi ilə bu hadisəyə işarə edilmişdir. Eyni zamanda bu müsibətin, peyğəmbərin sözündən çıxmaları səbəbilə başlarına gəldiyi bildirilmişdir.)
Kerbelayi Malik ağa:
İki mislini (düşmənlərinizə) düçar etdirdiyiniz bir müsibət sizə üz verdiyi zaman: ‘Bu necə oldu?’ dediniz. De ki: ‘O sizin öz nəfslərinizdəndir.’ Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Yaxud amma elə ki, sizə müsibət nəsib oldu hansı ki, sizdə onun iki mislini nəsib etmişdiniz dediniz: «Haradandır bu?» De: «Bu öz nəfsinizdəndir!» Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Siz? bir musib?t uz ver?n zaman (Uhud muharib?sind? yetmis n?f?riniz oldurul?rk?n) - ki, ?lb?tt?, onun iki qat?n? siz (onlara) vurmusdunuz (B?dr muharib?sind? onlardan yetmis n?f?ri oldurub, yetmis n?f?rini ?sir goturmusdunuz) - «bu musib?t nec? v? haradand?r?» deyirsiniz?! De: «Bu sizin oz t?r?finizd?ndir (cunki bu muharib?d? Peyg?mb?rin ?mrind?n c?xd?n?z).» H?qiq?t?n Allah h?r bir sey? qadirdir.
Kövsər Tağıyev:
Onların (müşriklərin) başına (Bədrdə) iki mislini gətirdiyiniz bir müsibət (Uhudda) sizin başınıza gəldikdə: “Bu haradan başımıza gəldi?” dediniz, eləmi? De ki: “O (müsibət) özünüzdəndir”. Şübhəsiz, Allahın gücü hər şeyə haqqı ilə yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Başınıza bir müsibət gələndə - siz isə (onların) başına iki qatını gətirdiniz, - dediniz: "Bu haradan oldu?" De: "Bu, sizin özünüzdən oldu." Həqiqətən, Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
[Sizin başqalarına] İki qatını yaşatdığınız bir müsibətə özünüz düçar olduqda "Bu məğlubiyyət haradan gəldi!?" deyirsiniz, elə mi? De ki: "Başınıza gələn bu məğlubiyyət, sizin özünüzdəndir." Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı qadir olandır.