Əlixan Musayev:
(Uhudda) iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın
Bünyadov-Məmmədəliyev:
(Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki, möminləri ayırd etsin.
Elmir Quliyev
:
То, что постигло вас в тот день, когда встретились две армии при Ухуде, произошло с дозволения Аллаха для того, чтобы Он узнал верующих
Ələddin Sultanov:
İki ordunun üz-üzə gəldiyi gün sizin başınıza gələn fəlakət də yalnız Allahın izni ilə oldu ki, möminləri ayırd etsin
Kerbelayi Malik ağa:
İki dəstənin qarşılaşdığı o gün başınıza gələn şey (müsibət) ancaq Allahın icazəsiylə idi və möminləri bilməsi (ayırd etməsi) üçün idi.
Ələsgər Musayev:
Və nə ki, isbat oldu sizə o gündə ki, iki cəm görüşdü,
Allahın iznilə idi və məlum etməsi üçün inananları
A.Mehdiyev və D.Cəfərli:
Iki d?st?nin bir-biri il? qars?lasd?g? gun ducar oldugunuz sey (Uhud muharib?sind?ki boyuk m?glubiyy?t v? yetmis n?f?rin oldurulm?si) Allah?n izni v? icaz?si il? idi (ki, sizi imtahan) v? mominl?ri m?lum etsin (v? ?z?li elmi movcud gerc?klikl? ust-ust? dussun).
Kövsər Tağıyev:
İki topluluğun (ordunun) qarşılaşdığı gündə başınıza gələn müsibət Allahın izni ilədir. Bu da möminləri ortaya çıxarması
M.Qənioğlu və T.Bilaloğlu:
İki dəstə üz-üzə gələn günü sizə üz verən (müsibətlər) Allahın izni ilə olmuşdur ki, O iman gətirənləri də tanısın,
Sabirə Dünyamalıyeva:
İki camaatın qarşılaşdığı gündə sizə toxunan şeylər də Allahın izni ilə/məlumatı daxilində olmuşdur. Və möminləri bildirsin/nişanlayıb göstərsin