Əraf Surəsi 166. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Özlərinə qoyulan qada-ğanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!”– dedik.
Bünyadov-Məmmədəliyev:
Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: “Həqir (zəlil) meymunlar olun!” deyə əmr etdik.
Elmir Quliyev :
Когда они преступили пределы того, что им было запрещено, Мы сказали им: "Будьте обезьянами презренными!"
Ələddin Sultanov:
Təkəbbürlənərək qadağan edilən şeylərdən əl çəkmədikləri zaman onlara: “Zəlil meymunlar olun!” - dedik. (Bəzi təfsirçilərə görə, yəhudilərdən bir qrup insan şənbə günü qadağasına hörmət göstərmədikləri üçün Allah onları donuz meymun şəklinə salmışdır. Digər bir qrup təfsirçiyə görə isə, onlar mənəvi əxlaqi cəhətdən meymunlar kimi zəlil olub insanlar tərəfindən qınanmışdılar.)
Kerbelayi Malik ağa:
Beləcə onlar ondan qadağan olunduqları şeydə həddi aşınca onlara: ‘Alçaq meymunlar olun!’ dedik.
Ələsgər Musayev:
Amma elə ki, ondan qadağan olunmuşdular üz çevirdilər, dedik onlara: «Alçaq meymunlar olun!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, çəkindirildikləri şeydən boyun qaçırdılar, onlara «meymunlar qovulmuşlar olun!» dedik (qəti iradə ilə surətlərinin meymun şəklində, ruhlarının isə xar rəhmətdən uzaq olmasını istədik elə oldular).
Kövsər Tağıyev:
Qadağan olunduqları şeylərdən əl çəkmək istəmədikdə isə onlara: “Alçaq meymunlar olun”, dedik.
M.Qənioğlu və T.Bilaloğlu:
Elə ki onlar qadağan barəsindəki (nəsihəti) qulaq ardına vurdular, Biz onlara: “Həqir meymunlar olun!” - dedik.
Sabirə Dünyamalıyeva:
vaxt ki onlar, özlərinə qadağan edilən şeylər barəsində təkəbbür göstərdilər, Biz onlara, "Zəlil-qovulan kəslər halında meymunlar olun!" dedik.