Ali-İmran Surəsi 167. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud (heç olmasa) müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.
Bünyadov-Məmmədəliyev:
münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun! (Düşmənin hücumunu dəf edin!) deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox yaxşı bilir!
Elmir Quliyev :
и узнал лицемеров. Им было сказано: "Придите и сразитесь на пути Аллаха или хотя бы защитите самих себя". Они сказали: "Если бы мы знали, что сражение состоится, то мы непременно последовали бы за вами". В тот день они были ближе к неверию, чем к вере. Они произносят своими устами то, чего нет в их сердцах, но Аллаху лучше знать о том, что они утаивают.
Ələddin Sultanov:
münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiədə olun!” deyildiyi zaman onlar belə dedilər: “Əgər vuruşmağı bilsəydik, əlbəttə, sizin arxanızca gələrdik”. Onlar o gün imandan çox küfrə yaxındılar. Qəlblərində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlblərində) gizlətdikləri şeyi daha yaxşı bilir.
Kerbelayi Malik ağa:
(Bu) nifaq çıxardanları bilməsi (münafiq olanların ayırd edilməsi) üçün idi. Onlara: ‘Gəlin, Allah yolunda savaşın ya müdafiə edin.’ deyildiyi zaman ‘Biz savaşmağı bilsəydik, əlbəttə sizə tabe olardıq (sizinlə gələrdik).’ dedilər. İzn günü onlar imandan çox küfrə yaxındırlar. Onlar qəlblərində olmayan şeyi ağızlarıyla söyləyirlər. Allah onların gizlətdikləri şeyi çox yaxşı bilir.
Ələsgər Musayev:
məlum etməsi üçün o kəsləri ki, nifaq salandırlar. Onlar üçün deyildi: «Gəlin Allah yolunda qətl edin, ya dəf edin!» Dedilər: «Əgər qətl edə bilsəydik, itaət edərdik sizə!» Həmin gün onlar küfrə daha yaxın idilər imandan! Deyirlər ağızları ilə onu ki, qəlblərində yoxdur. Allah Alimdir ilə ki, gizlədirlər!
A.Mehdiyev və D.Cəfərli:
V? munafiql?ri m?lum etm?si ucun! (El? ki,) onlara «g?lin Allah yolunda vurusun, ya (oz ?razil?rinizi) mudafi? edin!»- deyildi, dedil?r: «?g?r biz doyusm?yi bils?ydik, mutl?q siz? tabe olard?q!» Onlar h?min gun, imandansa kufr? daha yax?n idil?r. Onlar h?mis? ag?zlar? il? q?lbl?rind? olmayan seyi deyirl?r. Allah onlar?n gizl?tdikl?rini daha yaxs? bil?ndir.
Kövsər Tağıyev:
münafiqlik edənləri müəyyən etməsi üçün idi. Onlara (münafiqlərə): “Gəlin Allah yolunda savaşın ya müdafiəyə keçin”, deyildi, onlar: “Əgər savaşa bilsəydik, arxanızca gələrdik”, dedilər. Onlar o gün imandan çox küfrə daha yaxın idilər. Ağızları ilə qəlblərində olmayanı söyləyirdilər. Halbuki Allah içlərində gizlədikləri şeyi çox yaxşı bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
münafiqlik [dində ikiüzlülük] edənləri tanısın. Onlara deyildi: “Gəlin Allah yolunda vuruşun ya (düşməni özünüzdən) uzaqlaşdırın!" Onlar isə: " Əgər vuruşa bilsəydik sizin ardınızca gedərdik, " - dedilər. Onlar o gün imandan daha çox küfrə yaxın idilər. Ürəklərində olmayan şeyləri dillərilə deyirdilər. Allah onların nəyi gizlətdiklərini daha yaxşı bilir.
Sabirə Dünyamalıyeva:
münafiqlik edən kəsləri -özləri [yerlərində] oturduqları halda, qardaşları barəsində: "Əgər bizim sözümüzdən çıxmasaydılar, öldürülməzdilər" deyən kəsləri- bildirsin/nişanlayıb göstərsin deyədir.