Əlixan Musayev:
Kafir olub (insanları) Allah yolundan sapdıran kimsələr dərin bir azğınlığa düşmüşlər.
Bünyadov-Məmmədəliyev:
(Allahı) inkar edən və (insanları) Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, (haqdan) çox uzaq bir zəlalətə uğramışlar.
Elmir Quliyev
:
Воистину, те, которые не уверовали и сбивали других с пути Аллаха, впали в глубокое заблуждение.
Ələddin Sultanov:
Həqiqətən, kafir olub (insanları) Allahın yolundan döndərən kimsələr (haqdan) uzaq bir zəlalətə düşmüşlər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, inkar edənlər və Allahın yolundan sapdıran kimsələr (mürşidlərinə yönəlmədikləri üçün) dərin bir dəlalətə düşmüşlər.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafirdirlər və sədd
çəkirlər Allahın yoluna, əlbəttə, zəlildirlər uzaq zəlalətlə.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən kafir olub (başqalarını) Allahın yolundan saxlamış kəslər, şübhəsiz, uzun-uzadı bir azğınlığa düşüblər.
Kövsər Tağıyev:
Şübhəsiz, inkar edənlər, insanları Allahın yolundan döndərənlər dərin bir zəlalətə düşmüşlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Küfr edib (insanları) Allah yolundan çıxaranlar yollarını çox azanlardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, küfr edən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] və Allah yolundan döndərən kəslər, həqiqətən uzaq bir azğınlığa düşmüşlər.